KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli“ çərçivəsində Sabirabad
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi” tarixi
Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB aparatının
məsul işçiləri, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional
Mədəniyyət idarəsinin rəsi Faiq Xudanlı, ağsaqqallar, ziyalılar və elm adamları iştirak
etmişdirlər.
Tədbirdən əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin
Cabbarov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev
İli” elan edilib. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli
neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə Ümummilli Liderimiz
Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” təşkil etdiyi diqqətə çatdırılıb. Vurğulanıb
ki, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının
formalaşdırılmasında müstəsna rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsinə böyük töhfə verib və bu tarixi müqavilənin imzalanması ilə ölkəmiz yeni
inkişaf erasına daxil olub.
Sonra rayon Ağsaqqallar şurasının sədri Eyvaz Fərzəliyev çıxışında bildirib ki,
sentyabrın 20-si Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramıdır. 1994-cü il
sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi”
regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini
qoyub. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü
və gələcək inkişafının başlanğıcı olub. Tam əminliklə demək olar ki, Azərbaycanın dövlət
müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür. Ümummilli Liderin
bu gün artıq dillər əzbəri olan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” məşhur
tezisinin tarixi əhəmiyyətinə söykənərək deyə bilərik ki, bu saziş Azərbaycanın təkcə iqtisadi
deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının əsasıdır.
Daha sonra digər çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası
qoyulmuş yeni neft strategiyasının zəfər təntənəsi bu gün Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurla davam etdirilir. Ümummilli Liderin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən
sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin
keyfiyyət dəyişiklikləri baş verib. Bu dövrdən Azərbaycanın neft və qaz sənayesinin inkişaf
tarixində yeni mərhələ başlayır. "Əsrin müqaviləsi"nin imzalanmasından ötən müddətdə
Ümummilli Lider Heydər Əliyevin "Yeni neft strategiyası"nın çox böyük uğurla reallaşması
günümüzün reallığına çevrilib.


19:02 02.10.2023
Xəbər lenti
Bütün xəbərlər