KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli" mövzusunda dəyirmi masa keçirilib

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-cü il "Heydər Əliyev İli"
çərçivəsində Sabirabad rayon Heydər Əliyev Mərkəzinin və "ASAN Xidmət" Regional
Mərkəzinin birgə təşkilatçılığı ilə "Əsrin müqaviləsi"nin imzalanmasının 29-cu ildönümü
münasibətilə "Əsrin müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli" mövzusunda
dəyirmi masa keçirilib.
Tədbirdə "ASAN xidmət" regional mərkəzinin əməkdaşları və könüllüləri, MKS-nin
əməkdaşları iştirak edib.
Çıxış edənlər bildiriblər ki, bu müqavilənin imzalanması Heydər Əliyevin böyük
dühasının və iradəsinin sayəsində mümkün olub. Artıq 29 ildir "Əsrin müqaviləsi"
Azərbaycan iqtisadiyyatına, xalqın rifahına xidmət etməkdədir.
Layihənin böyük əhəmiyyətindən, Azərbaycana böyük maliyyə ehtiyatlarının gəlməsi,
Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi, insanların rifahının yaxşılaşması, ölkədə
infrastrukturun yeniləşməsindən bəhs edilib.
Bütün çətinliklərə baxmayaraq, Heydər Əliyev Azərbaycanın neft strategiyasını,
ölkəmiz üçün əhəmiyyətli olan və bütövlükdə dünya enerji bazarı üçün əhəmiyyət kəsb edən
bu layihəni işləyib, həyata keçirə bildi.
Daha sonra Heydər Əliyev Mərkəzinin Muzey hissəsində müvafiq bölmələrinin "20
sentyabr 1994-cü il: Əsrin müqaviləsi", "Bakı - Ceyhan Neft Kəməri" və s. əyani
eksponatların təqdimatı ilə gənclərə ekskursiya saatı aparılıb.
Ulu Öndərimiz Heydər Əliyevin "Əsrin müqaviləsi"nin imzalanmasında müstəsna
xidməti xüsusi olaraq qeyd edildi və ölkəmizə verdiyi iqtisadi və siyasi töhfələrdən bəhs
edildi.
Sonda gənclər "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100" adlı
sərgi ilə tanış oldular.


18:17 20.09.2023
Xəbər lenti
Bütün xəbərlər