KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda tədbir keçirilib

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-cü il "Heydər Əliyev İli"
çərçivəsində sentyabr ayının 18-də Sabirabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı
ilə M.Müşfiq adına şəhər 4 saylı tam orta məktəbinnin X-cu sinif şagirdlərinə "Heydər Əliyev
və Azərbaycan təhsili" adlı tarix dərsi keçirilib.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Səlmi Mehtiyeva Ulu Öndər Heydər Əliyevin istər
sovet dönəmində, istərsə də müstəqillik dövründə Azərbaycan xalqına göstərdiyi
xidmətlərdən, elm, təhsil və mədəniyyətin inkişafına göstərdiyi qayğıdan bəhs edib.
Səlmi Mehtiyeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan təhsilini inkişaf
etmiş, dünya dövlətlərinin təhsil standartlarına cavab verən milli təhsil sistemi yaratmaq üçün
mükəmməl bir islahat proqramının hazırlanmasına və həyata meçirilməsinə nail olub.
Əsas vəzifəmiz hər şeydən öncə Heydər Əliyev ideyalarına sadiq qalmaq, milli-
mənəvi dəyərlərimizə, Vətənimizə, ana dilimizə, qədim tariximizə və millətimizə, Ulu Öndərin
arzuladığı səviyyədə müasir, vətənpərvər, bilikli və mənəvi saf nəsillər yetişdirmək.


17:16 18.09.2023
Xəbər lenti
Bütün xəbərlər