KANAL24.AZ
Az Iw En Ru

Sabirabadda "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti" adlı sərgi təşkil olunub

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-cü il "Heydər Əliyev İli"
çərçivəsində Saatlı Gənclər Evinin könüllüləri Sabirabad rayon Heydər Əliyev Mərkəzinin
qonağı olmuşlar.
Mərkəzin bələdçisi Nərmin Mehdiyeva müasir və müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli
inkişafında göstərdiyi misilsiz xidmətlər, eləcə də Ulu Öndər Heydər Əliyevin Sabirabad
rayonuna müxtəlif dövrlərdə etdiyi tarixi səfərlər haqqında geniş məlumat verib.
Qonaqlar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkil,
sənədlər, kitablarla tanış olub, sonra "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan
Mədəniyyəti" adlı sərgiyə baxış keçirilib.
Gənclər Sabirabad rayon Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.


18:16 16.09.2023
Xəbər lenti
Bütün xəbərlər