KANAL24.AZ
Az Iw En Ru

Xuraman Muradova “HUMAY MİLLİ MÜKAFATÇISI” oldu

Milan Hospitalın sahibkarı, iş adamı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Vektor Elmlər Akademiyasının Fəxri Professoru, Türkiyə Onur Medalına layiq görülən, Ankara Türk Dünyası Araşdırmalar Beynəlxalq Elmlər Akademiyasının Fəxri professoru, Akademiyanın Beynəlxalq Qızıl Ulduz Medalı Mükafatçısı Xuraman xanım Muradova bu il “HUMAY MİLLİ MÜKAFATINA” layiq görüldü. Xuraman Muradova bu böyük mükafata Azərbaycan Yazıçılar Birliyinin təqdimatı ilə layiq görülüb. Onu da vurğulayaq ki, bu mükafat hər il yalnız bir yazıçıya verilir. Bu il həmin mükafatın sahibi məhz çox maraqlı şair-nasir, yazdığı şeirlərə peşəkar mahnılar yazılan, şeirləri qardaş Türkiyədə də çox maraqla qarşılanan Xuraman Muradova layiq görülüb.

Biz də bu böyük mükafat münasibətilə maraqlı şair-nasir Xuraman Muradovanı təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirik


10:22 29.10.2023
Xəbər lenti
Bütün xəbərlər