KANAL24.AZ
Az Iw En Ru

CÜMLƏDƏ QOYULAN "nöqtə" və ya "NİDA"nın FƏSADLARI

Demək olar ki, nəyinki Azərbaycanda və Ermənistanda hətda bütün dünyada məhşur olan iki CÜMLƏ ;
ilk olaraq N. Paşinyanın dediyi :"Qarabağ Ermənistandır və nöqtə" və buna cavab olaraq İlham Əliyevin dediyi : "QARABAĞ AZƏRBAYCANDIR və NİDA" CÜMLƏlərinin Ermənistan xalqına gətirdiyi bəlalar və Azərbaycan xalqına gətirdiyi xoşbəxtliklərdən danışmaq istəyirəm sizlərlə......
Yeri gəlmişkən yadınıza Azərbaycanın gözəl bir ATAlar SÖZÜnüdə salım :
* "HO" var dağa qaldırar, "HO" var dağdan yendirər! *..........
Rusiya Dövlətinin Soçi şəhərində 03 Oktyabr 2019-cu ildə, "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI İllik plenar sessiyasında Dağlıq Qarabağın və işğal olunmuş ətraf 7 rayonun işğalı barəsində öz nitqində tam dolğun məlumat verən Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü önə çəkərək dediyi tarixi cümlə ; "QARABAĞ AZƏRBAYCANDIR və NİDA" bütün dünya mətbuatında əks-səda doğurdu! Bu cümlə Ermənistan prezidenti Nikol Paşinyanın 05 avqust 2019-cu ildə Xankəndində Bütün Dünya ermənilərinin 7-ci Yay oyunlarının açılışında etdiyi nitqində ;( "Artsax -- eto Armeniya i vsyo") tərcümədə "Qarabağ Ermənistandır nöqtə" deməsinə cavab idi.
Yəqin ki, bilməmiş olamarsız ki, çox ciddi, inadla,inamla deyilən sözlərin və ya cümlələrin sonunda ÜÇ dənə NİDA qoyulur. Nida qoyulandan sonra isə həyata keçirilir....
Bəli o zaman demək olar ki, bütün dünya İlham Əliyevin CÜMLƏsini ambisiyadan doğan bir qeyri-ciddi cümlə kimi qəbul etdilər. Hətda daxili düşmənlərimizdə ağız dolusu TƏNQİDlərlə dövlət başçısından müharibə etmək əmri tələb edirdilər. Yadınızdadırda özlərini müxalifət adlananlar və digər "azəricalaq" parazitlərin Prezidentin "Mən Lazım gələndə əmr verəcəm!" cümləsini lağa qoyaraq "LAZIM NƏ VAXT GƏLƏCƏK!" deyərək guya siyasi ağıl sahibi olduqlarını qabardırdılar?!....
"Valday" sessiyasından sonra Azərbaycan prezidentinin beynində yaratdığı, qurduğu "QARABAĞ AZƏRBAYCANDIR və NİDA" cümləsinin həyata keçirilməsi planı başladı.....
Beləki hər hansı bir addım atmamışdan əvvəl "YÜZ ÖLÇ BİR BİÇ!" məsəlinə daima əməl edən prezidentimiz tədricən bütün siyasi söhbətlərdə Ermənistanın aparılan danışıqları DALANa dirəməsini izah edir və artıq sülh danışıqlarının heç bir mənasının qalmadığını önə çəkirdi.
Azərbaycana rəhbərlik etdiyi illərin ilk günlərindən Bütün qonşu dövlətlərlə və dünyanın ən İRİ Dövlətlərilə Balanslı-Neytral Xarici siyasəti ZƏRGƏR DƏQİQLİYİ ilə qurmağı bacarmış prezidentimiz ilk olaraq Ermənistanın ARXAsı,DAYAQı, Müttəfiqi olan Rusiyanın "RAZILIĞIN" ala bildi. Paralel olaraq uzun illər etibar və inamı ilə DOSTluq qazandığı, Dünya Siyasi Müstəvisində SÖZ SAHİBLƏRİ OLAN Dünya Yahudi Lobbisinin Dünyada ən böyük erməni lobbisinin NEYTİRALLAŞDIRILACAĞI RAZILIĞINI aldı. Siyasi razılaşmalar fonunda İsrayil, Türkiyə və Pakistan dövlətlərinin Hərbi müttəfiqlik zəmanətini almaqla yanaşı Azərbaycan Ordusunu Müharibəyə tam hazırlamaq planların qurdu. Bu məsələlərin həlli artıq zamanın yetişməsinin yaxınlaşdığından xəbər verirdi, Həllini tapmamış məsələləri 100%-lik götür-qoy etdikdən sonra tək qalırdı MÜMBÜT SİYASİ ŞƏRAYİTİN YETİŞMƏSİNİ gözləmək.... Sanki bu işlərdə ULU YARADAN da Xalqımiza və Prezidentimizə köməyə gəldi :
Belə ki, 19 dekabır 2019-cu ildən etibarən Dünyanı "COVİD-19" öz caynağına aldı. İri dövlətlərin başı qarışdı daxildə "COVİD-19"la ölüm-qalım mübarizəsinə.
Dünyanın yeganə Super Güc Dövləti olan ABŞ - da seçkilərə hazırlıq ( P. S... 03.noyabır 2020-ci ildə keçirilib ABŞ prezident seçkiləri) və başları qarışdı seçkilərə. Bu seçkilərə hazırlıq, İRİ Dövlətlər "COVİD-19" məngənəsində daha ən yaxşı Şərayit nə ola bilərdiki??!!.
Bütün bu faktorlar bir zamanlar istehza ilə dillərdə əzbər olan "LAZIMın gəlməsi!" demək idi.
Azərbaycanın DAHİ Siyasi Lideri və SƏRKƏRDƏsi "QARABAĞ AZƏRBAYCANDIR və NİDA" Cümləsinin TƏSDİQİ mərhələsinin ƏMRini verdi.
Beləliklə Azərbaycan Prezidenti, Prezidentin ətrafında monolit birləşən Azərbaycan Xalqı və ŞANLI Azərbaycan Ordusu 27 SENTYABIR 2020-ci ildə ll QARABAĞ MÜNARİBƏSİnə başladı.... Bax bu tarixdən etibarən "QARABAĞ AZƏRBAYCANDIR və NİDA" CÜMLƏSinin BİRİNCİ NİDA İşarəsinin QOYULuşu başlandı!
Azərbaycan ordusu günbə-gün İşğal altında olan torpaqlarımızı azad etməyə başladı....
Mənim şəxsi fikirimcə Rusiya ilə İLK RAZILIQda müharibənin gedişatında Ermənistanın baş naziri Nikol Paşinyan RAZILIQa gəlməliydi ki, Dağlıq Qarabağ ətrafı işgal edilən 7 rayondan(Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Zəngilan,Fizuli və Agdam) qoşunlar çıxarılır, Azərbaycan SSR illərində mövcud olmuş Keçmiş DQMV tam ermənilərin nəzarətində qalır, Rusiya Sülhməramlıları Dağlıq Qarabağa girir və "artsax"ın statusu qalır gələcəyin işlərinə. Bəli mən əminəm ki, ilk razılaşma bu idi. Yadınıza salın İlham Əliyev hər çıxışında deyirdi "Ermənistan torpaqlarımızdan çıxma QRAFİKini versin biz dayanaq!"...
Sanki ALLAH Azərbaycan xalqına özü kömək olurdu və Paşinyan SUSURDU. Bu halda Azərbaycan ordusu keçmiş DQMV ərazisinə daxil olan HADRUD Qəsəbəsini, ŞUŞA səhərini və keşmiş DQMV - nin ərazilərindən də azad etdi.... Belə davam edən acınacaqlıqdan nəticə çıxaran Paşinyan Rusiyanın və Azərbaycan tələblərin qəbul etdi. Və Nəhayyət 10 NOYABIR 2020-ci il RAZILAŞMASIndan sonra "QARABAĞ AZƏRBAYCANDIR və NİDA" CÜMLƏSİndə BİRİNCİ NİDA İŞARƏSİ QOYULDU.....
11 noyabır 2020-ci ildən baş verən Siyasi-hərbi hadisələr, danışıq və məsləhətləşmələr, 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynada başladığı Xüsusi Hərbi Əməliyyat, Dünya Siyasi müstəvisində baş verən Radikal dəyişikliklər, N. Paşinyanın Anti Rusiya siyasi mövqeyi və s. və s. "QARABAĞ AZƏRBAYCANDIR və NİDA" CÜMLƏSİnin İKİNCİ NİDA İşarəsinin QOYULMASI zamanının təsadüf edir. Əlavə olaraq Rus Sülhməramlılarının məsuliyyət zonasında qalmış "artsax" deyilən ərazilərdə ermənilərin siyasi-hərbi sərsəmələri, Ermənistanın Sülh müqaviləsindən qaçması, yenidən "artsax"ın statusu" qaldırılması və "artsax" xunta başçılarının siyasi "yekəbaşlıqları" ona gətirdi ki, 19 senytabır ANTİTERROR ƏMƏLİYYATI başladı. Başlamağı ilə də 23 saat 44 dəq. davam etməklə "artsax" ordusunun darma-dağın ilə sona çatdı.
Ermənistan Statiskasının məlumatına əsaslansaq 20-29 sentiyabır günləri ərzində "artsax"ı 89 min nəfər erməni, 10 min dənə Qoyun, İnək, At-Eşşək, saysız-hesabsız Toyuq-Cücə, Qaz-Ördək tərk edib.......
Nəhayyət tam çıxış əziyyətsiz qalmış "artsax"ın təzə 10 sentiyabır 2023-cü ildə seçilmiş "prezidenti"Samvel Şahramanyan , səlahət vəzifəsinin heç QIRXI ÇIXMAMIŞ 28 sentiyabır 2023-cü ildə "artsax" ın ləgv edildiyi əmr imzalayıb və bu əmrə əsasən 01 yanvar 2024-cü ildə "artsax" birdəfəlik tarixin zibilliyinə atılacaq...
Bəli 28 sentiyabır "QARABAĞ AZƏRBAYCANDIR və NİDA" CÜMLƏSİndə İKİNCİ NİDA İşarasi qoyuldu......
Keçmis SSRİ Dövlətinin 15 müttəfiq respublikalarından bir olan Azərbaycan SSR SSRİ Dövləti dağıldıqdan sonra 18 oktyabır 1991-ci ildə öz müstəqilliyini 86.6 min kv.km ərazidə elan etməsinə baxmayaraq,Azərbaycan dövləti tam ərazilərinə nəzarətə 31 il 11 aydan sonra nail oldu.Xatirladım ki, Azərbaycanin Beynəlxalq hüquqla ərazisi sayılan "artsax" 2 sentyabr 1991-ci ildən özlərini "müstəqil" elan etmişdilər bu "müstəqillik" isə 28 sentyabr 2023-cü ildə qondarma prezidentləri ləğv etdi......
28 sentiyabır 2023-cü ildən etibarən isə 35 il ermənilərin "artsax" adlandırdıqları İŞĞALDA olan ƏZƏLİ torpaqlarımızın yavaş-yavaş Azərbaycana qovuşması başlayıb.
Bu zaman neçə gün, neçə ay çəkəcək onu TƏK ALLAH və Azərbaycanın XİLASKARI İLHAM ƏLİYEV BİLİR.
Bəli prezident sübut edib ki, "NƏYİN, NƏ VAXT BAŞ VERƏCƏYİNİ YALNIZ ÖZÜ BİLİR!. .........
Məhz bu səbəbdən " QARABAĞ AZƏRBAYCANDIR və NİDA" CÜMLƏSİndə SONUNCU -- ÜÇÜNCÜ NİDA İŞARƏSİnin nə vaxt qoyulacağını səbirsizliklə ALLAHın verdiyi sağlamlıqla Azərbaycan Xalqı gözləyir!!!
/Ibrahim Həsənov /-*(İBO) *-


01:03 30.09.2023
Xəbər lenti
Bütün xəbərlər