KANAL24.AZ
Az Iw En Ru

Məşhur yazıçının oğlu Azərbaycanın bir nömrəli qumarbazıdır – Dosye

Məlum olduğu kimi, Azərbaycanda qumar oyunlarının təşkili və keçirilməsi qadağandır.
Ekonominfo xəbər verir ki, Azərbaycan Cinayət Məcəlləsinin 244.1-ci və Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 401-ci maddələri qumar oyunlarının təşkili və keçirilməsini qadğan edir.
Hazırda qumar oyunları arasında ən populyarı poker hesab olunur.
Azərbaycanda bu oyunlar rəsmi şəkildə qadağan olunsa da xeyli sayda azərbaycanlı xaricdə poker oyunlarına qatılır.
Qeyd edək ki, dünyada ən yaxşı poker oyunçularının mütəmadi olaraq reytinq cədvəli tərtib olunur. “Global Poker İndex” adlanan reytinq siyahısında çoxsaylı azərbaycanlılar da yer almaqdadır.
Sonuncu “Global Poker İndex”də yer alan ən yaxşı azərbaycanlı poker oyunçularının siyahısına David Mzareulov başçılıq edir.
36 yaşlı David Mzareulov hazırda ABŞ-ın Hyuston şəhərində yaşayır. O, təkcə bu ilin əvvəlindən ötən 7 ay ərzində poker oyunlarından 615 min dollar pul udub.  David əsas uduşlarını ABŞ-ın Las Veqas şəhərində yerləşənın məşhur “Ballys Casino” kazinosunda udub. “Global Poker İndex”nə görə David Mzareulov hazırda dünyanın ən güclü poker oyunçuları arasında 146-cı sırda yer alır.
Məlumat üçün bildirək ki, David Mzareulovun atası məşhur yazıçı Konstantin David oğlu Mzareulovdur. Konstantin Mzareulov fantastik janrda yazdığı əsərləriylə tanınıb. 1954-cü ildə Bakıda anadan olan Konstantin Mzareulov da Hyuston şəhərində yaşayıb və 2018-ci ildə vəfat edib. Konstantin Mzareulov ilk hekayəsini - “İki yüz il sonra”nı 1983-cü ildə Bakıda yaşadığı zaman yazıb. “Bürc” Bakı Elmi Fantastikasevərlər Klubunun İdarə Heyətinin üzvü olub.
David Mzareulovun anası – İnna Mzareulova da (Dombroskaya) 1958-ci ildə Bakıda anadan olub.


23:15 08.09.2023
Xəbər lenti
Bütün xəbərlər