KANAL24.AZ
Az Iw En Ru

Sabirabadda "Türk dünyasının fəxri" mövzusunda tədbir keçirilib

Sabirabad Rayon İcra Hakimiyyəti və GİKM-nin Sabirabad nümayəndəliyinin birgə
təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Türk dünyasının böyük oğlu, fəxri və
qüruru, dövlət xadimi, Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə
Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Türk dünyasının fəxri" mövzusunda tədbir
keçirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin, MKS-nin və GİKM-nin əməkdaşları və könüllüləri
iştirak edib.
Ulu Öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün həyat və fəaliyyətləri ilə bağlı
məlumatlar verilib, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında
misilsiz xidmətlərindən, Ulu Öndərin dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar
arasında sıx əlaqələrin qurulmasına və inkişafına hər zaman dəstək göstərdiyi vurğulanıb.
Qeyd olunub ki, Dahi rəhbərin əsasını qoyduğu və bu gün uğurla həyata keçirilən neft
strategiyası, türk dünyası ölkələri arasında birliyin, dostluğun və qardaşlığın
möhksmlənməsinə xidmət edir. Azərbaycan və Türkiyə münasibətləri bu gün ən yüksək
səviyyədə olduğu qeyd olunub. Ümummilli Liderin yüksək ideyaları Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və
Ümummilli Lider Heydər Əliyevin "Bir Millət, İki Dövlət" ideyaları Azərbaycan-Türkiyə
münasibətlərinin söykəndiyi əsas prinsipdir.


00:39 22.08.2023
Xəbər lenti
Bütün xəbərlər