KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda "Ulu Öndərin uğurlu xarici siyasəti" mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Sabirabad
Rayon İcra Hakimiyyəti və Sabirabad Regional "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı
ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi
münasibətilə "Ulu Öndərin uğurlu xarici siyasəti" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonrakı
dövrdə ölkə həyatının bütün sahələrində qazanılan uğurlardan bəhs edilib.
Bildirilib ki, Azərbaycandakı daxili sabitliyin təməli məhz Ümummilli Lider Heydər Əliyev
tərəfindən qoyulub.
Ulu Öndərin qəbul etdiyi strateji qərarlar Azərbaycanın bugünkü inkişafına şərait
yaradıb.
Bütün bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan hazırda regionda lider dövlətdir.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin diplomatiya və beynəlxalq münasibətlər
sahəsində fəaliyyətindən bəhs edilən videoçarx izlənilib.


23:38 15.08.2023
Xəbər lenti
Bütün xəbərlər