KANAL24.AZ
Az Iw En Ru

Sabirabadda "Heydər Əliyev və Ana dilimiz" mövzusunda dəyirmi masa keçirilib

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 1 Avqust - Azərbaycan Əlifbası və
Azərbaycan Dili Günü münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzinin və Sabirabad
rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Mərkəzləşdirilmiş
Kitabxana Sistemində "Heydər Əliyev və Ana dilimiz" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin, Kitabxana Sisteminin, Sabirabad Tarix-
Diyarşünaslıq Muzeyinin əməkdaşları və gənclər iştirak edib.
Çıxışçılar Ana dilinə daim xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Ulu Öndər
Heydər Əliyevin 2001-ci il iyunun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında "Fərmandan və Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və
ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında "9 aprel 2013-cü
il tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi, dövlətimizin dil siyasətinin
təbliği sahəsində maarifləndirmə işlərinin aparılması əsas istiqamətlərdən biri olduğunu,
Ümummilli Lider Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi
xidmətləri qeyd olunub.
Eləcə də, Heydər Əliyev - Ana dilimizin inkişafında tarixi təşəbbüs və cəsarət müəllifi
olduğu diqqətə çatdırılıb.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi: "Ana dilimiz müstəqil Azərbaycanın,
Azərbaycan xalqının ən böyük milli sərvətidir!"


22:36 01.08.2023
Xəbər lenti
Bütün xəbərlər