KANAL24.AZ
Az Iw En Ru

QAFQAZ XALQLARINI GÖZLƏYƏN ÜMUMİ FACİYƏ

30 ildən çoxdur Cənubi Qafqaz millətləri və xalqları bir-birinə qarşı gizli və aşkar düşmənçilik aparmaqla sakitləşmək bilmədiyi zaman çoxlarının heç ağlına gəlməyən, hər bir xalqı bəlalara düçar edəcək ÜMUMİ BÖYÜK FƏLAKƏT artıq qapımızın kəndarındadır...
Dünyanın ƏN NƏHƏNG DÖVLƏTi olan, VARŞAVA MÜQAVİLƏSİ İŞTİRAKÇILARI BİRLİYİ Hərbi Gücü olan (14.05.1955-ci ildən 01 iyul 1991-ci ilə kimi mövcud olub), Dünyada 15 SOSIALIST DÖVLƏTİ (SSRİ, ADR, Kuba, Çexoslavakiya, Rumıniya, Polşa, Macarıstan, Albaniya, Çin, KXDR,Monqolustan, Bolqarıstan, Laos, Kampuçitya, Əfqanıstan və 70--ə yaxın SOSİALİST HAKİMİYYƏTİ DÖVLƏTlərin "AĞA"sı olan SSRİ DÖVLƏTİ özünün süqutu ilə bütün bəşəriyyətə 30 ildən çoxdur ki, səngiməyən qarşıdurmalar, xalqlar qırğını, siyasi-hərbi faciələr gətirdi... . Yeri gəlmişkən hal-hazırda Sosialist dövlətləri mövcuddur. Belə ki,Çin, Kuba, Vyetnam, KXDR, Əlcəzair, Banqladeş, Qayana, Hindistan, Nepal, Nikaraqua, Şri-Lanka, TANZANİYA, Konqo və s. tam və ya nisbətən sosializm idarəçilik sistemli dövlətlərdir.....
Bütün dövrlərdə iri dövlətlər dağılanda böyük fəlakətlər, xaoslarla bərabər Dünyanın Coğrafi-siyasi bölgüsü olub və olacaqdır. Mənim fikirimcə SSRİ Dövlətinin dağılması ilə bu dövlətin sələfi Rusiya və dünyanın ən iri dövləti ABŞ arasında gizli və aşkar ərazi-siyasi təsir mərhələsi başladı. Sonralar bu bölgülərə Böyük Britaniya, Fransa, Almaniya, Çin və s. qoşuldular. Nəticədə əsas rəqiblər Rusiya və ABŞ olsada reyal olaraq NATO BİRLİYİ və ASİYA Dövlətləri olmaqla ÜÇ QÜVVƏ olmaqla keçmiş SSRİ "cəmdəyi" üstündə "boğuşmağa" başladılar. Düzdür bu "siyasi-boğuşmada" ABŞ və Rusiya ən iddialı ğüclər olsalarda digər "leş yeyən" ğüclərdə geri çəkilmək fikrində deyillər...
Siyasi çəkişmələri mən ÜÇ MƏRHƏLƏyə bölərdim :
BİRİNCİ MƏRHƏLƏ : SSRİ - ın ərazisi olmuş Pribaltika respublikalarının 2004-cü ildə NATO BİRLİYİnə qəbul edilməsi ilə "dinc yolla" ABŞ bu əraziləri özününküləşdirdi.
İKİNCİ MƏRHƏLƏ :
Rusiya və ABŞ +NATO BİRLİYİ arasındakı Ukarayna ərazilərində o vaxtkı hüquqi seçilmiş Ukrayna prezidenti Viktor Yanukoviçin 22 fevral 2014-cü ildə devrilməsi ilə başlandı 24 fevral 2022-ci ildə yenidən alovlandı və artıq 1 il 5 ay 6 gündür davam edir. Nəticə etibarı ilə ilk olaraq Krım yarımadası və "DXR" və "LXR" adlı altında Ukraynanın əraziləri Rusiyanın nəzarətinə keçdi. Bu gün isə Ukrayna əraziləri olan Donetsk, Luqansk, Zaporojye, Dnepropetrovsk, Nikolayv və Odessa tam nəzarətə götürmək uğrunda müharibə gedir. Hadisələrin gedişatı fərz etməyə imkan verir ki, Rusiyanın minimum planı bu əraziləri bütövlükdə öz tərkibinə atmaqdır və Moldaviya ərazisində 02 sentiyabır 1990-cı ildə Rusiyanın köməkliyi ilə guya rusdilli əhalinin yaratmış olduğu qondarma "PXR" birləşdirməkdir. Necə deyərlər ; Yaşıyarıq görərik! məsəli.....
Fikrimcə ABŞ +NATO BİRLİYİ ölkələri bu gün Rusiyanın işğal etdiyi əraziləri dahada genişləndirilməsinə qarşı məqsədli olaraq Ukraynanı hərbi-siyasi dəstəkləyirlər ki, heç olmasa Ukraynanın QARA dənizə çıxışının olmasını təmin etsinlər.Əsas məqsəd isə Ukrayna yaxın gələcəkdə NATO-ya üzv olduqda NATO birbaşa Ukrayna ərazisində hərbi dəniz qüvvələrin yerləşdirin. Düzdür Rumıniyanın QARA dənizə çıxışı var ancaq Ukraynanında çıxışı olsa NATO üçün daha sərfəlidir. Hər bir sivil düşüncə sahibi dərk edir ki, Rusiya işğal etdiyi ərazilərdən heç vaxt çıxmayacaq, əgər nüvə silahı işlətmək gücü hesabına olsa belə bu halda yeganə yol Rusiyanı mövcud vəziyyətlə barışdırıb Ukrayna ərazilərini ABŞ +NATO BİRLİYİ ÖLKƏLƏRİ üçün daha sərfəli şəkildə bölsünlər......
ÜÇÜNCÜ MƏRHƏLƏ :
Bu mərhələ bizi çox narahat etdiyindən bu mərhələnin təhlilinə çox vaxt ayırmağı planlaşdırıram.....
Cənubi Qafqazda yerləşən hər üç ölkə beynəlxalq hüquqi sənədlə müstəqil dövlətlər olsalarda reallıqda heç biri müstəqil deyil. Bəli baxmayaraq ki, SSRİ Dövlətinin dağılması ilə(SSRİ Dövləti 30.12.1922-ci ildən 26 12.1991-ci il kimi mövcud olub) hər üç Cənubi Qafqaz dövləti Azərbaycan (30.08.1991),Gürcüstan(09.04.1991),Ermənistan (23.08.1990) müstəqilliklərini elan etmişdilər və SSRİ Dövlətinin dağılması ilə rəsmiləşdi əslində isə 32 il keçsədə heç bir respublika Dünya Nəhəng dövlətləri tərəfindən müstəqil dövlət kimi TANINMIR . Bəli hüquqi sənədlə guya tanıyırlar ancaq reyal əməllərlə hər üç dövlət Dünya SİYASİ ŞAHMAT MÜSTƏVİSİndə aparılan siyasi oyunlarda İri dövlətlər və Orta güc dövlətləri bizim respublikalarımız "siyasi peşka"lar hesab etdikləri REYALlıqdır....Yeri gəlmişkən diqqətinizə çatdırım ki, SSRİ Dövləti 1990/91 illərdə "siyasi cənazə" dövrünü yaşamasına baxmayaraq Cənubi Qafqaz respublikalarından ən SONuncu Azərbaycan özünün SSRİ-dən müstəqilliyini elan etmişdir. Bu bir daha onu təsdiq edir ki, Azərbaycan hakimiyyətində oturanların 99%-i öz kreslolarını Azərbaycan Xalqının milli maraqlarından çox sevənlər olublar və bu gündə vardırlar!

İRI Dövlətlər tərəfindən 32 il davam edən Yeni dünyanın coğrafi-siyasi bölgüsünün qanuni davamı olan NATO və Rusiya arasındakı Ukrayna ərazilərindəki hərbi qarşıdurması nəyinki sonu görsənməyə bir fəlakətdir mən deyərdim ki bu hərbi qarşıdurma İKİNCİ MƏRHƏLƏ olsada hələ qarşıda ÜÇÜNCÜ MƏRHƏLƏ durur. . Əgər bu mərhələdə Ukrayna ərazilərinin bölgüsü davası gedirsə əminəm ki ÜÇÜNCÜ MƏRHƏLƏdə Cənubi Qafqaz ərazilərinin bölgüsü başlayacaq. Bəli məhz əsas savaş Cənubi Qafqaz uğrunda olacaq, çünkü Cənubi Qafqaza nəzarət edən Dövlət və ya Hərbi Birlik Avropa - Asiya - Uzaq Şərq(İlk etabda Cin sərhədlərinə qədər olan keçmiş SSRİ ərazilərini) reqiyon dövlətlərini siyasi nəzarəti altına alacaqlar.
Bəli SSRİ Dövləti 32 ildir YOXdur ancaq onların sələfi Rusiya keçmiş SSRİ əraziləri uğrunda ABŞ +NATO BİRLİYİ ilə ölüm-qalım mübarizəsini davam edir. Bu çəkişmə in deyərdim ki, sonuncu mərhələsi həlledici olduğundan daha şiddətli, dağıdıcı olmasında güman etmək olar. Ancaq bir "NO"su var ;
Ukrayna ərazisində çəkişmələr nə qədər çox vaxt aparsa bir o qədər Cənubi Qafqaz mübarizəsi "sakit" olar. Belə ki, Rusiyanın və ABŞ-nın hərbi imkanları nə qədər çox tükənsə bizlərə sərfəlidir. Nə qədər taqətdən çox düşüb yorulsalar bizlə daha "mülayim" olarlar.
Belə bir deyim var : "İKİ Fil dalaşanda ayaqları altında qalan kiçiklər olur!" bəli nə etməli həmin "kiçiklər" bizlər "Fil"lər isə onlardır.
Azərbaycan xalqı neçəki vaxt var, İlham Əliyevin NEYTİRAL BALANSLI XARİCİ SİYASƏTİ ətrafında monolit YUMURUQ kimi birləşməsini tam təmin etməlidir. Yaddan çıxarmaq olmaz ki, Dünya siyasi müstəvisində ƏN BÖYÜK SÖZ sahibləri olan Yahudi Lobbisi ilə əlaqələr Azərbaycanın milli maraqlarının qorunmasında ən ümdə məsələdir. Heç vaxt "azərifarslar"ın fitinə gedib İsrayil Dövləti və Yahudi Xalqı ilə Dostluğa zərbə vuracaq addımlar atılmamalıdır. Yahudi Lobbisinin DOSTluğu yetərincə söz sahibi olan ll ğüclü Dünya erməni lobbisindən Azərbaycan dövlətinə və xalqına olan təhlükələri neytrallaşdırmaq və ya tam cüzi miqdara salmaqdır.
"azəritürk" lər in fitinə uyub Türkiyə ilə münasibətlərdə də "həddi açmaq" olmaz. Yaddan çıxarmaq olmaz ki, Türkiyənin Böyük Turan qurmaq planları nə Rusiyanın, İranın, nədəki digər İri dövlətlərin XOŞUNA GƏLMİR! "azərirus"ların fitinə gedib Rusiya ilə də" qucaqlaşmaq" olmaz. Rusiyanın SSRİ-2 qurmaq planlarına qarşı bütün dünya durur!. Gördüyümüz kimi Azərbaycanın yeganə yolu İLHAM ƏLİYEVin özünü təsdiq edən NEYTİRAL BALANSLI SİYASƏTinin ətrafında MONOLİT HAKİMİYYƏT XALQ GÜC BİRLİYİNİN QURULMASIDIR! Yaddan çıxarmayaq ki,Azərbaycan Xalqının biz AZƏRBAYCANLI adının mənasını və məhsuliyyətini dərk edənlər üçün ÜÇ ATAlar Məsəli var : "QONŞU ŞAMINA ÜMÜDLÜ OLAN QARANLIQDA QALAR!",
"AC BAŞIM SALAMAT BAŞIM!",
"SONKU PEŞMANÇILIQ FAYDA VERMƏZ!"............
Ukraynada baş verən vəhşiliklər və dağıntılar bizlərə DƏRS olmalıdır. Ukrayna ilə, Ukrayna xalqının başına gətirilənlərə göz yuman İRİ GÜClər üçün Cənubi Qafqaz və Qafqazlılar kiçik bir zərrədir. Cənubi Qafqazın hər üç aparıcı xalqı ayıq-sayıq olmalı heç vaxt fikirləşməməlidirlər ki, Qafqaza gələn hər hansı fəlakət onlardan yan ötəcək! Hər üç dövlət ehtimal olan ÜMUMİ QAFQAZ FACİYƏSİnə birlikdə sinə gərsələr Qafqaz xalqlarının ümumi xeyrinə olacaq!!!
/İbrahim Həsənov/-*(İBO) *-


16:10 03.08.2023
Xəbər lenti
Bütün xəbərlər