KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda "Bəşər tarixinin ən böyük şəxsiyyəti" mövzusunda dəyirmi masa keçirilib

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sabirabad rayon Heydər
Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan "Bəşər tarixinin
ən böyük şəxsiyyəti" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacıyeva, Yeni Azərbaycan
Partiyasının əməkdaşı Tural Hüseynzadə, Mil-Muğan Regional Gənclər və İdman
İdarəsinin rəis müavini Elçin Qiyasov və əməkdaşları, mədəniyyət müəssisələrinin
əməkdaşları və rayon gəncləri iştirak edib.
Bəşər tarixində əlçatmaz zirvəyə yüksələn dahi şəxsiyyət, Azərbaycan xalqının
Ümummilli Lideri, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş,
müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi,
inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, hər zaman fəxr edəcəyimiz, qürur
hissi ilə xatırlayacağımız, fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi
üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyev haqqında
söhbət açılıb.
Qeyd olunub ki, xalqımızın görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir.
Öz həyat və fəaliyyəti ilə ölməzlik zirvəsinə yüksələn Heydər Əliyevin keçdiyi ömür yolu
bizim üçün zəngin həyat məktəbidir.


00:49 28.07.2023
Xəbər lenti
Bütün xəbərlər