KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirildi

Sabirabad rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycanda birinci dəfə
siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın
təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.
Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayon İcra
Hakimiyyəti başçısı aparatının əməkdaşları, YAP Sabirabad rayon təşkilatının nümayəndələri,
Sabirabad Regional Mədəniyyət İdarəsinin işçiləri və rayon ziyalıları iştirak edib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid
olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra
iştirakçıların çıxışları ilə davam edib.
Çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və digər
natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-
cu ilin 14 iyul gününün xalqımızın tarixi taleyində oynadığı misilsiz rolundan, dünya şöhrətli
siyasi xadimin öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini
yaratmasından, 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu
Öndərimizin siyasi xəttinin əsasını təşkil etməsindən, Ümummilli Liderin dövlətçilik
konsepsiyasının Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə
birləşdirən yeni inkişaf modeli olmasından bəhs ediblər.


22:56 12.07.2023
Xəbər lenti
Bütün xəbərlər