KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda “15 İyun - Milli Qurtuluş günüdür” mövzusunda dəyirmi masa keçirilib

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sabirabad Regional Mədəniyyət
İdarəsinin təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində 15 iyun Milli Qurtuluş
Günü ilə əlaqədar tədbir keçirilib.
Dəyirmi masa formatında keçirilən tədbirdə idarə aparatının və idarənin tabeliyindəki
mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.
Tədbirdə çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman
Əzimov Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs edib, qeyd
olunub ki, bu gün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin
onun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən digər mədəniyyət işçiləri də Milli Qurtuluş Gününün Azərbaycanın
müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğundan, bu tarixin ölkəmizin dünya
birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması ilə nəticələndiyindən söhbət
açıblar.


22:41 14.06.2023
Xəbər lenti
Bütün xəbərlər