KANAL24.AZ
Az Iw En Ru

Sabirabadda "Milli Qurtuluş Günü - Azərbaycan Tarixinin Şanlı Qürur Səhifəsidir" mövzusunda dəyirmi masa keçirilib

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Günü
münasibətilə mədəniyyət müəssisələri əməkdaşlarının iştirakı ilə Sabirabad rayon
Heydər Əliyev Mərkəzində "Milli Qurtuluş Günü - Azərbaycan Tarixinin Şanlı Qürur
Səhifəsidir" mövzusunda dəyirmi masa keçirilib.
İlk öncə müstəqil Azərbaycanın qurucusu və memarı, Azərbaycan xalqının
xilaskarı, Böyük Azərbaycanlı, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi,
azadlığı və suverenliyi uğrunda canından keçən Vətən övladlarının, qəhrəman
şəhidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə tədbir iştirakçılarını 15 İyun -
Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Qeyd olunub ki, 15 iyun Azərbaycan
tarixinə dövlətimizin və xalqımızın xilası günü kimi daxil olmuşdur.
Mövzu ətrafında çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin
Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsi o dövrdə ən mühüm hadisələrdən
və mərhələlərdən biri idi. Heydər Əliyev ən çətin, müharibə şəraitində olan vaxtda
Azərbaycanı elə təməl üzərində qurdu ki, Azərbaycan bu gün də məhz həmin təməl
üzərində inkişaf edir və bizim bu günümüz də Heydər Əliyevlə bağlıdır.


22:40 13.06.2023
Xəbər lenti
Bütün xəbərlər