KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda "Hüquqi dövlət quruculuğunda Heydər Əliyev İrsi" mövzusunda dəyirmi masa təşkil edilib

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Müstəqil Azərbaycan
dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi
münasibətilə və 18 may - 18 iyun "İnsan hüquqları aylığı" çərçivəsində Sabirabad rayon
Heydər Əliyev Mərkəzində "Hüquqi dövlət quruculuğunda Heydər Əliyev İrsi" mövzusunda
dəyirmi masa təşkil edilib.
Tədbirdə Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin
əməkdaşları C.Cəfərli, E.İbrahimov, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin
əməkdaşları, Sabirabad Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları, Sabirabad
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Kürkəndi kənd və şəhər filiallarının əməkdaşları,
eləcə də gənclər iştirak edib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və suverenliyi
uğrunda canından keçən qəhrəman şəhidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna
Hacızadə bildirib ki, müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi,
onların müdafiəsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev vətəndaşların
azad şəkildə özünüifadəsinin yalnız inkişafa, tərəqqiyə, demokratiyaya xidmət etdiyini bildiyi
üçün məhz bu məsələyə xüsusi diqqət ayırıb.
Mövzu ətrafında çıxış edənlər C.Cəfərli, E.İbrahimov, Ş.Əbilova, S.Mehtiyeva
bildiriblər ki, ölkəmizdə "İnsan hüquqları aylığı"nın elan edilməsinin əsas məqsədi insan
hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək,
mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək,
əhalini hüquqi maarifləndirməkdir.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.


23:39 09.06.2023
Xəbər lenti
Bütün xəbərlər