KANAL24.AZ
Az Iw En Ru

Fatehin sualı

Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Oğuz türkünün yenilməz sərkərdəsi, Osmanlı dövlətinin banisi  Osman qazinin şanlı xatirəsinə ithaf olunur.     

Poema
Giriş

Bir soyuq qış axşamı
Şah çağırdı, divanı
Dinlədi, hamını
Təhlil etdi ,icranı
Bəyan etdi,fərmanı !
Ərz elədi, qaydanı !

Sonra
üzünü, şeyxə tutdu
Dedi:-şeyxim, sən, getmə 
Söhbət sənlə, uzundu

Şeyx, təzim etdi
Şah, təmkinlə,
Davam etdi :
-Şeyxim,yaş keçir;
Bir sual ,məni
Narahat edir!

Şeyx ,çox hörmətlə,
İzzətlə,
Həm də, təəccüblə:
- Buyruq, sizdədir, bəyim!

Şahın sualı

Şah, əvvəl, izahat verdi:
- Bax, yaş üstə ,yaş gəlir;
Ömür, qüruba gedir
Osmanlını, yaratdım
/1299- 1922 ci illər/
Söğütü, mərkəz etdim
Dünyaya, tanıtdım!

Üç qitəni, dolandım
Saysız eli, ram etdim
Şəhərlər, kəndlər saldım
Abad, laləzar etdim

Səfalətdən çıxarıb xalqı
Həyatını firəvan etdim
Minlərlə yoxsulu;
Nökəri-naibi;
Xəstəni, əlili;
Yetimi-yesiri,
kasıbı, kimsəsizi
Aclıqdan, xilas etdim 

Yoxsulluğa,son !
Zalıma ,zülmə,
vida!,-dedim

Yağıdan ,
təmizlədim torpağı
Gülzara ,çevirdim !

Gəzdim aranı, dağı
Xainin,
dərsin verdim 
Dar ağacın, qurdum
Şərin, qandalın ,vurdum !

Əzdim, monqolu 
Ram etdim Bizansı ,rumu !

Birləşdirib,
Oğuzu, səlcuğu
Türkməni, türkü -
qardaşı qardaşa
Sirdaş, yoldaş etdim !

Mənəm-mənəmliyə
Qardaş qırğınlarına ,
Yersiz düşmənçiliyə ;
Dava, dalaşlara-
son, əlvida-dedim

Şərqdən qərbə, yol açdım
Xeyiri, qalib etdim !

Nuh nəslindən olan
Ulu  Oğuz xanın
 /e.ə.3-cü minillik/;
Türk-Hun hökmdarı 
Mete xanın  /M.Ö.234-174/
ruhlarını, şad etdim!
Güclü dövlət, yaratdım !
Cahanşümul, etdim!

İndi ,şeyxim ,diqqət elə!
Sualıma,cavab söylə :
- Bu dövlət, nə qədər yaşayacaq ?!
Monqolmu,yoxsa 
osmanlımı,
çox, yaşayacaq?!

Şeyxin cavabı        
1- ci hissə

Şeyx gülümsəyib, ərz etdi:
“-Şahım,əziz Osmanım, 
/1259-1326 /
Sual aydın,
Cavab sadədi:
-Sənin dövlətin ,
dərin dövlətdi 

Palıd kimi bünövrəsi 
Qulac çatmaz, gövdəsi
Gün düşməz ,kölgəsi
Qolu ,budağı var!

Baban Süleyman şahdan;
/d.?—ö.1086/
Atan Ərtoğrul qazidən
/1197-1281/1282/
Sənə əmanətdi,
Köklüdü,rişəlidi

Atan, baban, sənə-
“Vətən çınqısından,
pay olmaz!”- ,dedi
Vəsiyyət, etdi!
Yurdu ,sənə, əmanət etdi!

Sən cahana, adi gözlə yox,
Qəlbin gözü ilə, baxdın!
Adi göz ,görünəni görər !
Qəlbin gözü, ağıla söykənər
Görünməyəni, görər!
Duyar ! Hiss edər!
Hər an qabaqladın zamanı !
Uzaqgörənlik, etdin!

Düşmən, təkcə busatınnan yox
Ağlınnan, iti zəkannan qorxdu!
Öncə ,hücum xəttin cızdın
Yağını, içdən öyrəndin!
İçdə yıxdın! Yerində boğdun!

Bu gündən, səhərə;
Uzaq, gələcəyə
İşıqlı yollar ,açdın!

Düşmən, sənə, 
nə qədər 
ölüm fərmanıları,
işgəncə verdi !
Xilas oldun, qurtuldun !
Əqidənnən dönmədin !

İnəgöl, İzmit, Qoyunhisar,
Bursa döyüşləri tarixə düşdü !

Bu şücaətinə görə 
ikinci Məsud 
sənə ”bəy”, adı verdi
İndi isə Sən sultansan,
şahsan!
Bu adları isə Sənə, uca xalqın,
Vətənin, igidliyin verdi !

Vətən üçün, torpaq üçün
Saysız, şəhidlər verdin
İtirdin doğmaları,dostları ;
Qardaşın, Gündüz bəyi
Canını,qanını,xalqına
fəda etdin !

Nə qədər əzab,əziyyət,
Satqın,xəyanət gördün!
İç düşmən,gizli düşmən;
Qorxuludu
aşkar düşmənnən !
Aman vermədin, xainə
Ayıq-sayıq, oldun!

Fərq qoymadın, yadla, yaxına!
Güzəşt etmədin,
əmin Dundar bəyə 
Aşkar ,cəzasın verdin!
Məsləkindən, dönmədin!

Sözlə əməlin.., bir oldu
Zalıma bıçaq; 
məzluma ,dayaq oldun !
Haqsızlığa ,susmadın !
Fəthinnən, usanmadın!

Nəfsini, tox saxladın!
Acgöz ,olmadın!
Amansız  oldun-
El malına ,göz dikənə;
Var, sərvət xəstəsinə

Barışmaz oldun-
artıq xərcə; talana;
israfçılığa !
Arxa oldun, xalqa !

Qorudun, hər kəsin haqqın
Bir soydaşının haqqını,
qoruya bilməyən
Qoruya bilməz, xalqın haqqın !
Budu, sənin, yenilməzliyin !

Topladın qızılı, sərvəti ,
zərrə-zərrə
Yaratdın ,zəngin xəzinə !
Xalqa, güzaran qurdun!
Fəqirin
yanında, oldun!

Ata nəsihəti-
indi ,söz yox,
İşdi, əməldi 
Gerçək, həqiqətdi!
Ölüm yox,olumdu!
Zəfərdi, uğurdu !

Deməli,
Birinci gücün-kökdədi,
Böyüklərin sözünə;
Ata-baba nəsihətinə ,
sədaqətindi !
Vətən, torpaq sevgisidi !

Əsas gücün-Yaradana sevgindi!
Allahu Əkbər -
Səndə inancdı,imandı!
Allah eşqi,İslam dini ,
Hər an, sənə, dayaqdı !

Üçüncü güc-
qılınc,qalxanındı
Təlimdi-nizami ordun,
Süvari, qoşunundu!
Silah ,sursatın, atındı !
Yeraltı, cəbbəxanandı!

İgid silahdaşlarındı-
Akça Koca,Mihal Kosa,
Çavuş Samsa ,
Abdurahman Qazi, Konur Alp,
Turqut, Saltuk,Aykut,
Hasan Alp, Əli Alp unudularmı!
Hərəsi, bir qəhrəmandı!

Dördüncü güc -ağıldı,
Yüz öçüb, bir biçilmiş;
hərəkətdi, 
Elm, təhsil, savaddı!
Müdriklərdən aldığın,
tövsiyyə, məsləhətdi

Şeyxlərdən- Ədəbalı,
Dursun Fakix,
Əbu Qasım, Muhlis Baba,
Ülvan Çələbi, Hasan Çələbi,
Baba İlyas, yaddan çıxarmı?!
Onların məsləhətləri, 
nəsihətləri ;
zəfərlərə ilham verdi !
Sənə güc oldu!

Gücün-dini inanclardı,
Mədrəsə,məktəbdi!

Beşinci güc-əxlaqdı ;
Namus,qeyrətdi;
Əqidə,məsləkdi !
Düzgün tərbiyə -
ən güclü silahdı !

Səni igid edən-
Təmiz ürəyin;
polad iradəndi!
Qətiyyətindi!
Dəmir yumruğundu!
Düşünülmüş;
savaşın; mücadiləndi!

Sənə uğur qazandıran
bir gücün də;
Qadına ,anaya 
hörmət, məhəbbətdi !
Bu ölkədə, Söğut elində
Qayı obasında
Oğuz türklərində
Təkcə, kişi deyil,
Xanımlar da, igiddi ! 

Ailənin işığı-Bala xatun,
Malhun xatun, el anasıdı !
Bir- birinnən mərddilər
Xeyriyyəçidilər!

Anan Həlimə xatun
Namus ,qeyrət
Əxlaq, tərbiyə rəmzi idi !
Ana namusu-şərəfin;
Eldə ucalığın;
Başının ,tacı oldu!

Sizin xanımlar, müdrikdi;
hərəsi ,bir qazidi, nərdi!
Aslan aslandı
Erkəyi də, dişisi də aslandı,şirdi! 

Unutma,
xoşbəxtliyin açarı-ailədi
Ailədə, xoşbəxt olmayan,
Həyatda, xoşbəxt olmaz

Heç, o, cəsur olsa da, 
Ailə qala kimi olmasa
El qınağına, tuş gələr
Onnan, nə qəhrəman 
Nə başçı ,olmaz!
Bu mənada, sən ,xoşbəxtsən!

Altıncı qüc-əkib-becərmək,
Yaratdığın ehtiyatdı;
Qurub-yaratmaq,əməkdi!
Saysız, iş  yerləridi;
Bu eldə, hamı iş-gücdədi!

Yeddinci güc-hüquqdu ;
bərabərlik, intizamdı
Ədalət, qayda-qanundu!
Hakimlərdi! Keşikçilərdi !

Səkkizinci, -var,sərvət,
xəzinə, dövlət,
qənaətdi !

Həm də
Səni güclü edən-,
dininə ,dilinə,tibbə,
adət-ənənəyə ,sənətə,
sənət adamına 
Müəllimə,loğmana,
zəhmətkeşə
hörmətindi;
Həmrəylikdi! Birlikdi!
Böyüyə-kiçiyə, qayğıdı!
Keçmişə, gələcəyə sayğıdı !

Nəhayət, güclü varisin-
Təəssübkeş, mərd, 
igid övladların var-
Orxan qazi,
Alahəddin bəy
Artıq, hərəsi bir qazidi,
Yenilməz, sərkərdədir!

Kiçik övladların -
Fatma xatun, Həmid bəy,
Savçı  ,Çoban bəy
Bazarlı, Məlik bəy də 
çevik, zirəkdilər
Xalqa, gərəkdilər !

Sənin gücün-
Mərdlik, mübarizlikdə; 
Cəsur, qorxmazlıqda
Uzaq görənlikdədi !
Türkçülükdə;turançılıqda
Tanrıya sevgidədir!

Maddi var-dövlət ,
vacibdi, gərəkdi
Mənəvi dəyər, 
onnan da vacibdi!
Bazis var; inanc,ideyan var!
Deməli, güclü dövlətin var!

Dövlət varsa,
o xalq ,artıq millətdi !
Millət varsa ,
o dövlət  yenilməz;
ölməzdi,
uzun ömürlüdü!

Unutma,
Qartal daim ,gəzər ,zirvədə
Görünməz, dərə, təpədə
Qartalı, ərşə qaldıran
Zirvələr fatehi edən
Təkcə, zirəkliyi deyil ;
Həm də, iti ağlıdı ;
Aldığı öyrəncdi ;

Uçmağı öyrədəndə, 
qartal, balasın atar,
özünnən yüksəyə 
Qanadın alta verər,ana
Bala ,düşər qanada
Keçməz, tikana, kola
Budu, zirvə fatehinin sirri !
Daim ,yüksəkdə, gəzər!

Şahin ,yerdən uçmaz
Təpəyə də, qonmaz
Şaxə qalxar,qıy vurar!
Göylərdən, enməz!

Ömrü zirvədə  keçər !
Bu vərdiş,
nəsildən, nəslə keçər!
Sənin ömrün, ona  bənzər !
Türk nə yenilər,nə də,əzilər !

Osmanlı ,çox ,
lap çox yaşayaçaq
monqoldan!
Bu da
mənnən sənə, söz yox,
bir vəddi!
Buna şübhə etmə,əmin ol !
Bu əminlikdi! 

Haşiyə

-Yeri gəlmişkən,
haşiyə çıxım
Əlavə,bir fikir də ,deyim:
Ədalət busatın 
Parlayacaq Bizansda
hürriyyət gələcək,
bu yurda, da !
Son qoyulacaq
Min illik harınlığa
/395—1453cü illər/
Zülmə, haqsızlığa! 
Əsarətə , qəddarlığa!

Qüdsiyyətin qarşısında
Aman olmayacaq, zalıma
Tab gətirməyəcək
Yunan, Roma da !
Çökəcək, Bizans da !
Başını üzəcək, büsat !
Konstantinyə, olacaq Sənin !
Buna da, inan !
Əmin ol!

-Daha sonra.., yəni,
Keçəcək, xeyli zaman
Yenə, baş qaldıracaq düşman !
Qopacaq tufan
Qisas,intiqam tufanı ,
Sonda, nə olur-olsun
Əbədi parlayacaq
Busatının şöləsi !

Forma dəyişər,
məzmun dəyişməyəcək
Haqq-ədalət susar ,
ancaq ölməz!
Türk gedər, yağı çökər!
Nə yenilər,nə zəfərsiz dönər!
Hazır ol,buna da !

Nəhayət,
dövran gələcək
İmperiyalar çökəcək
Dünya düzəni yenilənəcək
Onda,
taleyin hökmü ilə
pərən düşmüş ;
Türk xaqlarının/42 xalq/ -oğuz,
Qarluq, qıpçaq,
Sibir, arğu,oğur qollarının
bir sancaq altda
birləşməsi ;
Turanın yaranışı ,
asan olacaq
Bu Birlik, son qoyacaq ,
Çox əsirlik, əsarətə,köləliyə !

Günəş , türk səmasından,
çıxacaq!
Rahat nəfəs alacaq, 
bütün dünya!
Avropa, Afrika, Asiya!

Zəfər çalacaq, ədalət!!!
Turan üçün indidən-
Bünövrə qur ! Özül yarat!
Tədbirini,gör!

Türkün nicatı, türkdədi!
Gücü də ,türkdədi !
Vaxt gələcək,bunu da
Zaman, təsdiq edəcək!

*************************
Şeyxin cavabı
2- ci hissə

Monqol dövlətini isə..,
Çingiz xan,
kök üstə yox, 
qurdu, qisas ,kin üstə ,

Ulu Yaradanı, yox, 
Şamonizmi,ruhları 
dini etiqad seçdi ,özünə...
Qələbə-ağıl, elmlə yox, 
Ölçüldü-qılıncla ,güclə
Günahsız qanlar tökdü
Ah-nalə, ərşi, bürüdü!

Ayaq altda qaldı,
şərəf, ləyaqət
Vərdiş oldu-eyş-işrət;
Məclisdə ,boyun vurmaq;
qurbanlıq getmək !

Göylərə qalxdı,
Ana harayı ,
bala fəryadı !
Tüğyan etdi, azğınlıq,harınlıq 
Tapdandı, ailə dəyəri,insanlıq!
Yox oldu,sevgi, məhəbbət!
Varmı, bundan acı ,qəbahət!

Dəhşət! Vəhşət!
Daha nələr,nələr...
Talanlar,qarətlər...
Amansız ,qətillər...
Xarabalıqlar..,
Nə qədər ahlar, vaylar..
Göz yaşları..,işğallar...
Nahaq qanlar...!

Fəth etdiyin yurda 
Sən,gətirdin-
Ədalət,hürriyyət  
Fateh oldun!

Monqol isə gətirdi 
Aclıq, səfalət ,
dağıntı ,
zülm,zəlalət 
O isə tiran,despot oldu!
Fərq ., budu!

Ağıla söykənməyən, güc,
Güc deyil!
Tək silah, kor-koranə gücsüzdü,
Zəifdi! Kordu!
Yorğundu, üzgündü !
Halsızdı!, Haqsızdı!
Sonu ölümdü ,qandı!
Ömrü, çox qısadı !

Sən qılınc,qalxanı ;
həm də, qələmi,
silah, eylə !
Güvən ,özünə !
Güc ,birlikdə,
hər üçündədi !
Güc ,səndədi!
Ömür yolun ,üfiqə
Uzun yola ,yolçudu!
Yolun, Haqqın yoludu!”

Şah ,çox təsirləndi !
Şeyxə, “əhsən”,dedi !
Ənam da ,verdi!
********

Zaman, təsdiq etdi

Zaman keçdi
Tarix, Şeyxin fikrini, 
təsdiq etdi !
Osmanlı yaşadı,
özü də, Monqoldan
 3 dəfə  çox 
yaşadı!
Osmanlı 600 ildən çox (1299-1922) 
Monqol isə cəmi 162  il 
(1206–1368) ömür sürdü ,
arxivə düşdü!

Osmanlı, 
min illik tarixi
Beş milyonluq /km2/  ərasisi ;
43 ölkənin sahibi;
Təpədən dırnağadək silahlı
 Bizansı /395-1453/ 
yıxdı!

İkinci Mehmed ,fateh oldu
Şöhrət,  qazandı !
İstanbul ,paytaxt/1453-cü il/oldu!
Zəfər ,zəfərə calandı !

Misirdə, Orta Asiyada,
Qafqazda, Anadoluda,
Quzey Afrika,Orta Avropada
Mezopotomiyada,Hicazda,
Balkanlarda,  bir sözlə ,
Üç qitənin qırx səkkiz ölkəsində
 Beş milyonluq /km2/ ərazidə;
Söz sahibi , oldu !
Nəhəng, imperiya qurdu!

Qılınc-qələm ,türk  millətini!
Millət isə, ər kimi 
dövlətini ,
qorudu, yaşatdı!
Nə yağıya, baş əydi !
Nə də xainə ,diz çökdü !
Nə torpaq, çınqı verdi!

Osmanlı, səlnamə yazdı!
“Türksüz dünya ,
dünya olmaz!”
“Munkünmü, Türksüz , dünya?”-dedi
“Türk ,qiyamətədək yaşayacaq!”,
”Dünya var,Türk də var!-
Türk yox,dünyada yox!”
söylədi.

Hər  daşına ,
Hər ovuc torpağna 
yiyə, çıxdı ;
Sahib oldu, yurduna ! 
Qorudu, göz bəbəyi kimi!
Şəhid oldu,ər kimi!
Torpaq, qana boyandı !
Sonda, Vətən oldu!

Savaş, Türkün talehi, oldu

Oğuz türkü ,parladı. günəş 
kimi 
Tanındı, məğlubedilməz xalq,
Böyük millət kimi !
Neçə-neçə, imtahandan
Keçmə -keşli ,sınaqlardan 
Qanlı- qadalı ,savaşlardan,
Daxili çəkişmələrdən ;
münaqişələrdən
Üzü ağ ,zəfərlə çıxdı  !
Adını Tarixə ,qanla;
Qızıl hərflərlə, yazdı!

Savaş, Türkün taleyi oldu!
Nə yağıdan ,qorxdu !
Nə də, ölümnən!
Şərəflə, yaşadı!
Şöhrət,qazandı!

Torpaq, Vətən oldu !
Vətən, basılmaz !
Oğuz eli, yenilməz, oldu !

Novruz Çıraqov,
Politoloq


16:09 26.06.2023
Xəbər lenti
Bütün xəbərlər