KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunub

Sabirabad şəhərinin mərkəzi meydanında Sabirabad Rayon İcra Hakimiyyətinin,
YAP Sabirabad Rayon Təşkilatı və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə
təşkilatçılığı ilə müasir Azərbaycan tarixində əlamətdar günlərdən biri olan 15 İyun - Milli
Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunub.
Əvvəlcə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP
Sabirabad Rayon təkilatının sədri Varis Rüstəmov, RİHB-nin müavinləri, hüquq-
mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və Qarabağ qaziləri, təhsil,
səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyətin nümayəndələri mərkəzi meydanda
ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə
öz ehtiramlarını bildiriblər.
Bayram konsertində çıxış edənlər bildirdilər ki, hər il təntənə ilə qeyd olunan 15
İyun - Milli Qurtuluş Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Ulu
Öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də yenidən siyasi hakimiyyətə
qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli
Qurtuluşumuzun təməlini qoymuşdur. Azərbaycanın bu gün bütün dünyada
özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə,
qüdrətli sənaye respublikası, yüksək intelektual səviyyəsi, bütün müsəlman şərqinə
örnək olan müstəqil ölkə kimi tanınması məhz Ümumilli Lider Heydər Əliyevin misilisiz
fəaliyyətinin nəticəsidir. Heydər Əliyev Azərbaycan xalqı üçün elə bir ideologiya
müəyyənləşdirmişdir ki, onun müəllifi olduğu azərbaycançılıq ideologiyası həm
Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummilli mənafelər
çərçivəsində hərtərəfli inkişafı üçün fundamental baza rolunu oynamışdır. Müstəqil
dövlət quruculuğu kimi mürəkkəb bir vəzifənin öhdəsindən gəlmək qabiliyyəti olmayan o
vaxtkı iqtidar milli mənafelərə zidd siyasətləri ilə özlərini gözdən salmışdıılar.
Respublikada mövcud vəziyyət son dərəcə gərginləşmişdi. Məhz belə bir dövrdə
Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Çıxılmaz vəziyyətə düşən o vaxtkı
hakimiyyət ümidlərini yalnız Heydər Əliyevin zəkasına, Heydər Əliyev dühasına və
şəxsiyyətinə bağladılar. 1993-cü il iyunun 9-da Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri Heydər Əliyev xalqın xahiş və təkidi ilə Bakıya gəldi. Azərbaycana olan
sonsuz məhəbbəti onu belə bir addım atmağa vadar etdi. Xalq bilirdi ki, vətənimizi bu
bəladan çıxarmağa qadir olan bir şəxsiyyət varsa, o da Heydər Əliyevdir. Qayıdışı ilə
milyonların qəlbini sevinc nuru ilə rövnəqləndirən Heydər Əliyev iyunun 15-də əksər səs
çoxluğu ilə Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Məhz həmin gün
Azərbaycan dövlətçilik tarixinin ən parlaq səhifəsi yazıldı. Vətəndaş müharibəsi ilə üz-
üzə qalan dövlətimizin tarixinə o gün Milli Qurtuluş günü kimi daxil oldu. Heydər Əliyev
şəxsiyyəti Azərbaycan xalqı üçün sülh və əminamanlıq qarantına çevrildi.
Hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli
davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı getdicə sürətlənir, həyatın bütün
sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır. Xüsusilə 44 günlük
müharibədə böyük zəfərimiz dövlətmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə
səbəb olmuşdur. Respublikamızın sosial-iqtisadi, mədəni-siyasi inkişafına öz töhfəsini
verir. Biz əminik ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
ətrafında birləşmiş Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını göz bəbəyi
kimi qoruyacaq, onu daha da möhkəmləndirəcək, gələcəyə doğru inamla aparacaqdır.
Sonra mərkəzi meydanda rayonumuzun tanınmış incəsənət ustalarının bir-
birindən maraqlı ifaları iştirakçılarda xoş ovqat yaradıb.


00:31 16.06.2023
Xəbər lenti
Bütün xəbərlər