KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda 15-iyun Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı“ mövzusunda tədbir keçirilmişdir

Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Sabirabad
Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının birgə
təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli Dövlətçiliyimizin xilaskarı”
mövzusunda tədbir keçirildi.
Əvvəlcə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının inzibati binasında
keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi
uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış
edərək 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını salamladı və əlamətdar
bayram münasibətilə onları təbrik etdi. “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda keçirilən
tədbirin rayonda “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olduğunu
qeyd edərək, bildirdi ki, 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub
saxlanmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Onun hakimiyyətə qayıdışından
sonra Azərbaycanda bütün təsisatlar bərpa olunub və inkişaf etdirilib. Ümummili Lider Heydər
Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində
əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə əsaslanan
idarəetmə sistemi yaradılıb.
Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov tədbirin
mahiyyətindən, əhəmiyyətindən geniş söz açdı. Rayon təşkilatının sədri Ümummilli Lider
Heydər Əliyevin misilsiz xidmətlərindən, Möhtərəm Prezidentimiz cənabİlham Əliyevin
rəhbərliyi ilə müstəqil Azərbaycanımızın qazandığı uğurlardan, qələbələrdən ətraflı bəhs etdi.
Tədbirdə çıxış edən digər natiqlər Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini
bölüşüb, Ulu Öndərin keçdiyi şərəfli və mənalı ömür yolundan, xalqımız qarşısındakı
müstəsna xidmətlərindən, Heydər Əliyev siyasi kursunun bu gün Möhtərəm Prezidentimiz
İlham Əliyev cənabları tərəfindən uğurla, qətiyyətlə davam etdirilməsindən ətraflı danışdılar.


23:30 13.06.2023
Xəbər lenti
Bütün xəbərlər