KANAL24.AZ
Az Iw En Ru

Həbsdə olan sayt rəhbəri ölkə başçısından kömək istədi

Bir neçə ay bundan əvvəl müxtəlif ittihamlarla həbs olunan və hal-hazırda Kürdəxanı istintaq təcridxanasında saxlanılan Tural Əliyev həbs olunmasının bəzi qaranlıq məqamlarına aydınlıq gətirəcəyi haqqında ona məxsus olan İnstagram üzərindən yayımlanan Xeberaz.az səhifəsi vasitəsilə ictimayətə müraciət edib, o, həmçinin ölkə başçısından, hüquq mühafizə orqanları rəhbərlərindən istintaqın şəfaf aparılması üçün köməklik istəyib.

Tural Əliyev ictimaiyyətə ünvaladığı məktubda media faliyyəti zamanı hər zaman dövlətin və dövlətçliyin yanında olduğunu bildirib: "Çox təəssüflər olsun ki, həbsim zamanı hüquq-mühafizə orqanlarına yalnış məlumatlar ötürülməsi uzun müddət ölkənin keçmiş millət vəkili olan deputat mandatın itirdikdən sonra radikal müxalifət düşərgəsində ölkəmiz və ölkə başçısının ünvanına ən sərt şəkildə tənqidlər yağdıran və 2018- ci ilin prezident seçkilərində özünü müxalifət düşərgəsinin liderlərindən hesab edən şəxsin model nəvəsi və onunla şəxsi əlaqələri olan vəzifəli şəxsin oğlunun mənə qarşı qurduğu oyunların məkirli planının qurbanı olmağımla nəticələndi"

Tural Əliyev ünvaladığı müraciətdə bildirir ki, istintaq hərəkətləri aparıldığından istintaq işinə mane olmamaq üçün hələlik bu şəxsin kimliyi haqqında məlumat vermək istəmir, amma ən qısa müddət ərzində ictimaiyyətə geniş və təfərrüatı ilə məlumat veriləcək deyə bildirib.


19:38 10.06.2023