KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda “Heydər Əliyev İli” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib

Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Regional Mədəniyyət İdarəsinin
birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq
Müdafiəsi Günü münasibətilə Sabirabad rayon Mədəniyyət Mərkəzində “Uşaqlar bizim
gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, YAP Sabirabad rayon
təşkilatının fəalları, şəhid ailələri, müharibə əlilləri və veteranları, mədəniyyət işçiləri,
məktəblilər, gənclər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Həsən Həsənov qeyd etmişdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulan dövlət uşaq siyasətinin əsas tərkib hissəsini təşkil edən istedadlı uşaqların üzə
çıxarılması, onların istedadlarının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi üçün
xüsusi şəraitin yaradılması və həmin uşaqların həvəsləndirilməsi, onlara dövlət
qayğısının daim artırılması istiqamətində respublikamızda böyük işlər həyata
keçirilmişdir.
Bu gün də respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-
prezident Mehriban xanım Əliyevanın böyük qayğısı və diqqəti sayəsində xüsusi
istedadı olan uşaqların öz bacarıqlarını inkişaf etdirməsi istiqamətində əməli işlər
görülür, yeni layihələr həyata keçirilir.
Xüsusi olaraq vurğulanıb ki, yaradıcılıq festivalının əsas məqsədi istedadlı
uşaqların inkişafının təmin edilməsi, bu sahədə onların bilik və bacarıqlarının
genişləndirilməsi, yaradıcılığın bütün sahələri və müasir istiqamətləri üzrə istedadlı uşaq
və gənclərin üzə çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən
ibarətdir.
Festivalda Sabirabad şəhərinin ümumtəhsil məktəblilərinin müxtəlif nominasiyalar
üzrə rəsm, toxuma və tətbiqi sənət işləri nümayiş olunub, həmçinin xüsusi yaradıcılıq
qabiliyyətləri olan uşaqlar musiqi, şeir, folklor və mahnı nümunələri ifa ediblər.


01:39 02.06.2023
Xəbər lenti
Bütün xəbərlər