KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda "Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfrans keçirilib

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-cü il "Heydər Əliyev İli"
çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə
Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Ümummilli Lider Heydər Əliyevin
Azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda
konfrans keçirilib.
Konfransda rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi
və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz və unudulmaz xatirəsi
bir dəqiqəlik sükutla yad etmişlər.
Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə çıxış edərək
hazırda gənclərə göstərilən yüksək dövlət qayğısından söz açmışdır. Gənclərin ölkəmizin
ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm
idman yarışlarında Azərbaycanı layiqincə təmsil etmələrindən, onların yüksək vətənpərvərlik
ruhunda tərbiyə edilmələrindən bəhs edib.
Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə gənclərə diqqət və
qayğı göstərmiş, onların himayədarı kimi çıxış etmişdir.
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin
nə qədər böyük olduğunu ortaya qoydu. Prezident, Ali Baş Komandan İlham Əliyevin
çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq 30 il işğal altında
qalan torpaqlarımızı erməni işğalından azad etdi.


03:38 01.06.2023
Xəbər lenti
Bütün xəbərlər