KANAL24.AZ
Az Iw En Ru

Sabirabadda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi mövzusunda maarifləndirici tədbir keçirilib

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-cü ilin
“Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Sabirabad Regional
Mədəniyyət İdarəsi tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq
Mərkəzi Kitabxanada tədbir təşkil edilib.
“Müstəqilliyimizin qarantı Yeni Azərbaycan Partiyası” adlı tədbirdə
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis
Rüstəmov və Sabirabad rayonu üzrə mədəniyyət müəssisələrinin
əməkdaşları iştirak ediblər.
Çıxış edən Telman Əzimov, Varis Rüstəmov və digərləri Ümummilli
Lider Heydər Əliyevin yaratdığı partiyanın qısa müddət ərzində ümumxalq
partiyasına çevrilməsindən, Yeni Azərbaycan Partiyasının xalqımızın
taleyüklü poblemlərinin həllində müstəsna xidmətlərindən danışıblar, Ulu
Öndərin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan ölkə başçısı cənab
İlham Əliyevin rəhbərliyi altında partiyanın gələcəyə doğru inamla
irəlilədiyini diqqətə çatdırıblar.


03:38 27.05.2023
Xəbər lenti
Bütün xəbərlər