KANAL24.AZ
Az Iw En Ru

Kim nədən və kimdən narazıdır?

Kim nədən və kimdən narazıdır? Və buna kimlər maraqlıdır Müəyyən narazılıqların kimlərinsə çörəyinə sağ sürməsi sirr deyil..

Ən pis hal da odur ki, bəzi şəxslər alət olur, alətə çevrilir.

Facebook sosial şəbəkəsinin Azərbaycan seqmentində paylaşılan bir video bu tip insanlara sanki yeni nəfəs verib. Çoxu məsələnin mahiyyətini bilmədən necə deyərlər "yanğına körüklə gedib" çıxış edənə haqq qazandırıb, amma Nərmin Nəzirli adlı sosial şəbəkə istifadəçisinin şərh bölməsinə yazdığı fikir hamının fikrindən fərqlənib. Oxuduqca qürürlandığımız şərhi diqqətinizə çatdırırıq.

Stat: "Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Azərbaycan qadını həm də qəhrəman oğullar yetişdirən bir anadır. Ölkəmizdə Ana adını daşıyan hər bir qadın ilk öncə Vətən, torpaq daha sonra isə övlad deyir. Biz bunun son 30 ildə əyani şahidi olduq. Övladını cəbhəyə gülə gülə yola salan da Azərbaycan qadınıdır. Canını vətən uğrunda qurban verən Şəhid balasının nəşini də gülə gülə qarşılayıb vətən sağ olsun deyən, də Azərbaycan qadınıdır. Azərbaycan qadını Şəhid anasıdır, Azərbaycan qadını Şəhid yarısı sayılan qazi anasıdır, Azərbaycan qadını əlinə silah alıb kişilərlə çiyin -çiyinə vuruşan bir əsgərdir. Azərbaycan qadını öz övladından savayı digər uşaqlara sevgi,nəvaziş göstərən bir anadır. İş başında ,vəzifə borcunu yerinə yetirən polisə qarğış edəcək,təhqir edəcək qədər gözü dönən biri də qadın, həm də anadır. Onu da qınamağa kimsənin haqqı yoxdur. Sadəcə Azərbaycan qadınına yaraşmayan hərəkətləri görüb, eşitmək bir qadın kimi mənə də ağır gəldi deyə fikir bildirdim. Xahiş edirəm, əsl qadın və ana adına bilib-bilmədiyiniz mövzulara görə xələl gətirməyin"


20:16 09.06.2023
Xəbər lenti
Bütün xəbərlər