KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi- praktiki konfrans keçirilib

Sabirabad rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə
əlaqədar tədbirlər proqramına uyğun olaraq Sabirabad Rayon İcra Hakimiyyətinin və YAP Sabirabad
rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”
mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətnin başçısı Siraqəddin Cabbarov, AMEA
Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı, Elm və Təhsil
Nazirliyi Fizika İnstitutunun aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru Suma Huseynova, RİH-nin
məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP Sabirabad
rayon təşkilatının üzvləri, ziyalılar və gənclərin nümayəndələri iştirak edib.
Sabirabad Heydər Əliyev Mərkəzində keçirilən tədbir Ümummilli lider Heydər Əliyevin və
ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik
sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Siraqəddin Cabbarov
Ümummilli lider Heydər Əliyevin mənalı həyatı və misilsiz xidmətlərindən danışaraq, Azərbaycan
xalqının tarixində və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu
vurğulayıb. Eyni zamanda Heydər Əliyevin Sabirabad rayonuna göstərdiyi diqqət və qaygıdan söz açan
rayon rəhbəri, çıxışını Ulu öndər Heydər Əliyevin məhşur bir kəlamı ilə bitirdi: "Azərbaycan mənim
ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır.”
Ulu öndər Heydər Əliyevin siyasi kursundan söz açan YAP Sabirabad rayon təşkilatının sədri
Varis Rüstəmov 1969-cu ildən onun Azərbaycana rəhbər seçilməsi, tariximizə ölkəmizin sürətli və
uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olduğunu və ölkəmizin son onilliklər ərzində
qazandığı uğurların Ümummilli liderin adı ilə bağlı olduğunu vurğuladı.
Ümummilli liderin keçdiyi həyat yolundan, Azərbaycan dövləti və xalqı üçün göstərdiyi əvəzsiz
xidmətlərdən söz açan AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Sübhan Talıblı, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun aparıcı elmi işçisi fizika üzrə fəlsəfə
doktoru Suma Huseynova Heydər Əliyevin dünya siyasətçiləri arasında malik olduğu nüfuzundan və
respublikanın beynəlxalq aləmdə qəbul olunması üçün etdiklərindən danışıblar.
Tədbirdə çıxış edən digər natiqlər Heydər Əliyevin müxtəlif sahələrə olan xüsusi diqqət və
qayğısından, eyni zamanda gənclərə olan etimadından və gənclərin onlara olan bu etimadı
doğrultduqlarını vurğulayıblar.
Mövzu əsasında fikirlərini bölüşən qonaqlar istər sovet dövründə, istərsə də müstəqillik illərində
respublikaya rəhbərlik edən və ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının
qəlbində əbədi yaşayacağını vurğulayaraq, müasir və müstəqil Azərbaycan dövlətinin bu gün də
Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyini qeyd ediblər.


18:52 26.04.2023
Xəbər lenti
Bütün xəbərlər