KANAL24.AZ
Az Iw En Ru

Sabirabad rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Yunan-Roma güləş idaman növü üzrə Respublika turniri keçirilib

22,23 aprel 2023-cü il tarixlərində Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə
Sabirabad Olimpiya İdman Kompleksində Mil-Muğan Regional Təhsil İdarəsi və Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin dəstəyi, Sabirabad rayon
UGİŞM təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr
olunmuş Yunan-Roma güləş idaman növü üzrə Respublika turniri keçirilib.
Turnir 2007-2009, 2010-2013-cü il təvəllüdlü yeniyetmə idmançılar arasında keçirilib.
Açılış mərasimindən öncə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil
Şahbazov, Mil-Muğan Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir
Zahidov, yarışın təşkilat komitəsinin sədri, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru
Cəfər Teyfi-İbadzadə və digər qonaqlar Sabirabad Olimpiya İdman Kompleksinin foyesində
Ümummilli Lider Heydər Əliyevin idmana göstərdiyi diqqət və dövlət qayğısından bəhs edən
stendlə tanış olublar.
Sonra Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir
dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, YAP Sabirabad
rayon təşkilatının sədri Varis Rüstəmov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi
Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov və Vətən müharibəsində şəhid olan şəhid
Bəxtiyar Mayılovun atası İxtiyar Mailov turnir iştirakçılarına uğurlar diləyərək, Azərbaycanda
idman sahəsində bütün istiqamətlərin yüksək sürətlə inkişaf etdiyini vurğulayaraq, son illər
ərzində qazanılan uğurların bundan sonra daha da artacağına əmin olduqlarını, Ulu Öndər
Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu turnirin miqyasının ildən-ilə genişləndiyini,
idmançılarımızdan yüksək nəticələr gözlənildiyi iştirakçıların diqqətinə çatdırıblar. Turnirin yüksək
səviyyədə təşkil olunduğuna görə Sabirabad rayon UGŞİM-in direktoru Cəfər Teyfi-İbadzadəyə
təşəkkürlərini bildirdilər.
Turnirdə 20 müxtəlif klub, rayon, cəmiyyət və idman təşkilatından 365 güləşçi iştirak edib.
Belə ki, Respublika Olimpiya İdman Məktəbi, Məhsul KKİC, Pəhləvan İdman klubu,
Lokomotiv İdman klubu, Sumqayıt, Şirvan, Lənkəran, Mingəçevir şəhər, Abşeron, Quba, Qusar,
Zəngilan, Laçın, Goranboy, Şəmkir, Kürdəmir, Göyçay, Sabirabad, Balakən və Binəqədi
rayonlarının bir neçə komandaları iştirak ediblər.
Yarışın nəticələrinə görə I yeri Bakı şəhəri Lokomotiv İdman klubu, II yeri Sabirabad rayon
komandası, III yeri isə Göyçay rayon komandası tutub.
Qalib komandaların üzvləri kubok, diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.


18:50 23.04.2023
Xəbər lenti
Bütün xəbərlər