KANAL24.AZ
Az Iw En Ru

Sabirabadda "Heydər Əliyev və Azərbaycan" adlı tarix dərsi keçirilib, ekskursiya saatı aparılıb

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-cü il "Heydər
Əliyev İli" çərçivəsində Sabirabad Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və
Azərbaycan" adlı tarix dərsi keçirilib, ekskursiya saatı aparılıb.
Dərsdə Sabirabad rayon Ətcələr kənd tam orta məktəbinin müəllim və
şagird kollektivi iştirak ediblər.
Şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni və Ulu
Öndər Heydər Əliyevə həsr olunan şeirlər səsləndirilib.
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının azadlığı,
suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, istər sovet, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu
dövrdə Azərbaycanın inkişafı Heydər Əliyev üçün əsas məsələlərdən biri olub.
Bu gün müasir Azərbaycan dünyada nümunəvi ölkə kimi tanınır. Prezident İlham
Əliyev ölkəmizi ən yüksək arenalarda tanıtdırır.
Dərsdən sonra şagirdlər Bayraq Muzeyinə ekskursiya ediblər.


18:49 19.04.2023
Xəbər lenti
Bütün xəbərlər