KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Sabirabad rayonunda “Korrupsiya ilə mübarizədə Heydər Əliyevin siyasi irsi” adlı regional konfrans keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar
həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin 18-də Sabirabad şəhərində Baş
Prokurorluq tərəfindən “Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi” adlı konfrans
keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Sabirabad şəhərinin
mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Tədbir çərçivəsində, həmçinin, iştirakçılar Sabirabad rayon Heydər Əliyev Mərkəzinin
Muzey hissəsində Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks
etdirən eksponat və fotostendlər ilə tanış olub.
Konfransın açılışında Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda
qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin
rəis müavini Asəf Sarıkişiyev Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı
aparılmış sistemli mübarizə, həyata keçirilmiş əsaslı islahatlar, görülmüş təşkilati və preventiv
tədbirlər, habelə korrupsiyaya qarşı mübarizədə prokurorluq orqanlarının üzərinə düşən
vəzifələr barədə ətraflı məlumat verib.
Konfrans zamanı çıxış edən Milli Məclisin deputatı, Baş Prokurorluğun Anti-Korrupsiya
Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov bildirib ki, korrupsiyaya qarşı mübarizə istiqamətində
müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin qəti siyasi
iradəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam
etdirilməklə həyata keçirilən mövcud siyasətin əsas istiqamətini təşkil edir.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək
mötəbər tədbirin Sabirabad şəhərində təşkilindən məmnunluğunu ifadə etmiş, tutduğu
mövqedən və vəzifədən, maddi və digər imkanlarından, asılı olmayaraq ümummilli
mənafelərə sadiqliyin, bu mənafelərin qorunmasının Ulu Öndər Heydər Əliyev üçün hər
zaman başlıca prinsiplərdən biri olduğunu vurğulayıb.
Həmçinin konfransda Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov, rayon məhkəmə
sədri Füzuli Pənahov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan
Zeynalov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü
Zaur İbrahimli və digərləri dahi lider Heydər Əliyevin korrupsiyaya qarşı konkret əməli
addımlarla müşahidə olunan barışmaz siyasətinin digər fəaliyyət sferalarına müsbət təsirləri
barədə çıxışlar edib. 
Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında
operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.
Sonda xatirə fotoşəkli çəkilib.


18:49 18.04.2023
Xəbər lenti
Bütün xəbərlər