KANAL24.AZ
Az Iw En Ru

Sabirabadda Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə "Azərbaycan durduqca, Heydər Əliyev var olacaq" mövzusunda tədbir keçirilib

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-cü il ölkəmizdə
"Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar Sabirabad Heydər Əliyev
Mərkəzində silsilə tədbirlərin keçirilməsi davam edir.
Müasir Müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının
xilaskarı, görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əlirza oğlu
Əliyevin anadan olmasının 100 illik Yubileyi münasibətilə Sabirabad rayon
Heydər Əliyev Mərkəzində "Azərbaycan durduqca, Heydər Əliyev var olacaq"
adlı tədbir keçirilib, ekskursiya saatı aparılıb.
Tədbirdə Kürkəndi kənd ümumi orta məktəbinin müəllim və şagirdləri
iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi
bütövlüyü, müstəqilliyi, suverenliyi və azadlığı uğrunda canından keçən Vətən
övladlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni, Ulu Öndər
Heydər Əliyevə həsr olunan şeirlər səsləndirilib.
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə çıxış
edərək bildirib ki, bu il mayın 10-da Ulu Öndərin 100 illiyi tamam olur. Heydər
Əliyev Azərbaycan xalqının ürəyində, Azərbaycan dövlətçiliyində xüsusi iz
buraxan şəxsiyyətdir. O, Azərbaycanı ən qabaqcıl ölkələrdən birinə çevirib.
Prezident İlham Əliyev bu gün Heydər Əliyevin siyasətini davam etdirir.
Xüsusilə, Qarabağ və Şuşa ilə əlaqədar Ulu Öndərin vəsiyyətini, arzusunu məhz
Prezident İlham Əliyev həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin siyasəti nə
qədər müdrik və uzaqgörəndir.
Azərbaycan xalqı həmişə Heydər Əliyev irsindən faydalanacaq.
Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan
yada düşür.
Ulu Öndərin bir sözü var, deyir ki, Azərbaycan durduqca mən var olacam!
Bizdə deyirik, Azərbaycan durduqca, Heydər Əliyev var olacaq!
Azərbaycan əbədiyyən var olacaq və həmişə Azərbaycan xalqının
yaddaşında Heydər Əliyev yaşayacaq!
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin ömür yolundan bəhs
edən film izlənilib.


18:47 06.04.2023
Xəbər lenti
Bütün xəbərlər