KANAL24.AZ
Az Iw En Ru

Aysel Fikrətin” Balaca Yazarlar”ın “Hekayələr toplusu” kitabının təqdimatı keçirilib

Bu gün,-12 aprel 2023- cü il tarixində Səbail rayon Mərkəzi Kitabxanasında layihə rəhbəri,şairə Aysel Fikrətin Balaca Yazarların
“Hekayələr toplusu” adlı yeni kitabının təqdimatı keçirilib .
Tədbirdə İncəsənət Qimnaziyasının musiqi şöbəsi ,müəllim və şagird kollektivi ,
Elay dərgisinin təsisçi rəhbəri Elməddin Həbiboglu,uşaq studiyasının rəhbəri Elgün Seyidzadə,rəqs şöbəsinin rəhbəri Günel Eynullayeva və şagirdləri ,kitabxananın əməkdaşları iştirak ediblər.
Qeyd edək ki,tədbir boyu şagirdlərin ssenariləri əsasında filmlər nümayiş etdirilib.
Yeddiçi sinif şagirdi Elsevər Abdullayevin “içimdəki nifrət döyüşü “hekayəsi əsasında film nümayiş olunub.

Balaca yazarların məzunu ,Şuşada üç aya yaxın dinc aksiyanın iştirakçısı Rufiz Quluzadə öz videosunu tedbirə göndərərək uşaqları salamlayıb-ürək sözlərini çatdırıb.
Tədbir boyu rəqs şöbəsinin şagirdləri rəqs nömrələri ilə, musiqi şöbəsinin şagirdləri musiqi nömrələri ilə “ Balaca Yazarlar”ı təbrik ediblər.
Bundan başqa qeyd edək ki, tədbirdə qonaq,-İsrailli gənc tələbə müğənni Leyla Vəliyeva Azərbaycan mahnılarını ifa edib
Tədbir yüksək səviyyədə , alqışlarla keçmişdir.

Sonda “Balaca Yazarlar”ın Dost mükafatı qonaq genç muqənni Leyla Veliyevaya,
Sənayel kitabxanasının zəhmətkeş işçiləri və rəhbərliyinə təqdim olunmuşdur.

Biz də kanal 24 .az kollektivi olaraq layihə rəhbəri Fikrət Sadıq yadigarı şairə Aysel Fikrəti və “ Balaca yazarlar”ı təbrik edir,davamlı olaraq uğurlarınızın ardı gəlsin deyirik.


03:51 13.04.2023
Xəbər lenti
Bütün xəbərlər