KANAL24.AZ
Az Iw En Ru

"İKİ ADDIM İRƏLİ DÖRD ADDIM GERİ

Sizlərlə bölüşə biləcəyim öz düşüncələrim, şəxsi fikirlərim demək olar ki, ermənipərəst rus siyasi içmalçıları ; Solovyov V. R.,Baqdasarov(yan) S. A., MixyeyevS. A., Satanovskiy Y. YA. Vardanyan R. və s, Dünya erməni lobbisinin fəalları ;Derluqyan Q. və s. ÇƏKİŞMƏLƏRİM səbəbindən, (artıq 40 gündən çox FB. Səifəmə "STOP" qoyulduğundan dünəndən etibarən "azad" edildim), ürəyimdə toplanıb qalmışdı.Bu məqaləmdə hər birinizə məlum "Bir addım irəli, iki addım geri!" deyimi əsasında Azərbaycanın Il Qarabağ münaqişəsinin nəticəsində, mənim fikirimcə, İRƏLİ və GERİ atdığı ADDIMları təhlil etməyə çalışacam.
V. İ. Leninin RSDFP(Rusiya Sotsial- Demokrat Fəhlə Partiyası) partiyasının 17 iyul - 10 avqust 1903-cü ildə, Brüsseldə və Londonda keçirilmiş ll qurultayının nəticələrinə həsr edilmiş yazdığı, 6 May 1904-cü ildə Cenevrədə çap edilən "Bir addım irəli iki addım geri!" kitabındakı bu məhşur sözləri demək olar ki, ll Qarabağ müharibəsinin yekunu olaraq, Azərbaycan hakimiyyətinin və xalqının əldə etdiklərini paralellikdə, amma İKİ QAT əks etdirir..... 27 SENTYABIR 10 NOYABIR 2020-ci ildə Azərbaycan Xalqının ll Qarabağ müharibəsində qələbəsi Azərbaycanın dünya siyasi arenasında İKİ ADDIM İRƏLİ və DÖRD ADDIM GERİ atdığı nəticəsi yaratdı.....
Azərbaycanın İRƏLİyə atdığı BİRİNCİ ADDIM : Belə ki, Azərbaycan bu qələbə ilə 02 sentiyabır 1991-ci ildən 01 dekabır 2020-ci ilə kimi erməni İŞĞALINDA olan 11,432 min kv. km.ƏZƏLİ Torpaqlarından 8,262 min kv. km hissəsini tam azad edərək, Ermənistanla olan dövlət sərhədlərini 5 km enində LAÇIN dəhlizi istisna olmaqla tam bərpa etməyə nail oldu.Bəli bu günə kimi 3,170 min kv. km ərazilərimizdə de-fakto "DQR" mövcuddur. Mən bu haqda ətraflı qeyd edəcəm ancaq ilk növbədə məqalədə qoyduğum mövzunun izahını tamamlayım.....
İrəl atılan İKİNCİ ADDIM : Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş 10 NOYABIR 2020-ci il RAZILAŞMASI II Qarabağ Müharibəsinə son qoydu. Azərbaycan bu qələbə ilə Dünyada artıq öz dövlət müstəqilliyini qorumaq səviyyəsinə malik Hərbi və Siyasi gücə malik olan MÜSTƏQİL dövlət statusun qazandı....
Bu iki ADDIM çox saylı addımların ümumi nəticəsidir. Azərbaycanın bu qələbəsinin, necə deyərlər "qırxı çıxandan" sonra isə, bu qələbənin Dünyada və Azərbaycanın daxilində əks-sədasından doğan mənim şəxsi analizlərimdən gəldiyim qənaətdə isə Qazanılan İRƏLİyə atılmış İKİ ADDIMın əvəzində DÖRD ADDIM isə Geri atılmışdır.
GERİyə atılmış BİRİNCİ ADDIM : Azərbaycan öz sərhədləri çərçivəsində "DQR" adı altında de-fakto iki qat işğal altında qalan, haçansa mütləq partlayacaq BOMBA "qazandı". Nədən iki qat işğal? "DQR" adlandırılan 100% ermənilərin məskunlaşdığı 3,170 min kv. km əzəli Qarabağ torpağımızın artıq İKİ işğalçısı var ; 1.Rusiya sülhməramlı ORDUsu, 2."DQR" adlanan tanınmamış qurumun ÖZÜNÜMÜDAFİƏ BANDAsı. Mən əminliklə deyə bilərəm ki, neçəki dünyada Rusiya Federasiyası adlı ölkə var Rus ORDUsu QARABAĞdan heç vaxt ÇIXMAYACAQ. Baxmayaraq ki, guya müqavilə 5 il müddətdir. Əmin olun ki, 4 ilin tamamında erməni bayavikləri birdən-birə çox fəallaşacaq, azad olunmuş torpaqlarımızda terror əməliyyatları başlanacaq və hadisələrin belə cərəyanı 5-3 günlük və ya həftəlik müqayisəyə səbəb olacaq və nəhayət ÖZÜMÜZ Ruslardan XAHİŞ edəcəyik ki, amandı aralığa girin.Bax belə 5 il olacaq 10 il, 10 il 15 il..... və riyazi dillə desək ədədi silsilə ilə, bu Rusiya imperiyasının özünün dağılmasına qədər davam edəcək.....
GERİyə atılan KİNCİ ADDIM : Mən deyərdim ki, bu addım hətda birinci addım qədər Azərbaycanın ziyanınadır. Dünya Yahudi Lobbisinin(DYL) və İsrayil Dövlətinin ll Qarabağ müharibəsində Azərbaycanın haqq davasına verdikləri SİYASİ və HƏRBİ dəstəkin yetərincə QİYMƏTLƏNDİRİLMƏMƏSİ Azərbaycanın geriyə atdığı ikinci addım olsada heç birinci addımdan az təhlükəli deyil. Niyə??? Hər bir siyasi savada malik Azərbaycanlı tam dərk edir ki, Dünyada çox böyük siyasi nufuza malik dünya erməni lobbisini(DEL) və Rusiya Siyasi elitasında kök salmış ermənipərəst qüvvələrinin Siyasi müstəvidə Azərbaycana qarşı BEYİN "müharibə"sini YALNIZ Dünya Yahudi Lobbisi(DYL) NEYTİRALLAŞDIRDI. Əlavə olaraq heç kimə sirr deyil ki, İsrayil Dövləti heç birdövlətə satmadığı XXI əsir hərb tələblərinə cavab verən silahlar yalnız Azərbaycana satmış və İsrayil Dövləti bütün səviyyələrdə Azərbaycanı açıq-aşkar dəstəkləmişdir.....bəs Azərbaycan əvəzində nə etdi??.. Bizlər isə Bakıda keçirilən ZƏFƏR PARADInda İsrayil Dövlətinin yüksək səviyyəli heç bir məmurunun iştirakın təmin etmədik, baxmayaraq ki, İsrayil Türkiyə dövlətindən əksik olmayan Siyasi və Hərbi dəstəklə daima Azərbaycanın YANINDA olmuşdu. Məgər Pakistan və İsrayil az dəstək olmuşlar bizlərə AĞIR anlarda?!.... Nə isə mənə elə gəlir ki, nə İsrayil və nə də ki, Pakistan etdikləri dəstəyin əvəzində Azərbaycandan Türkiyəyə edilən ETİRAMın yüzdə birini belə almadılar. Belə siyasi səhvlər isə cavabsız qalmır. Necə deyərlər : "SAYANIMIN QULUYAM, SAYMAYANIMIN AĞASI!" və ya "DALDAN ATILIAN DAŞ TOPUĞA DƏYƏR!"... Bu isə mənim fikirimcə Azərbaycanın GERİyə atdığı İKİNCİ ADDIMDIR.....
ÜÇüncü GERİyə atılan ADDIM :
Bakı şəhərində 10 dekabır 2020-ci ildə AZADLIQ meydanında keçirilən ZƏFƏR PARADInda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nitqində söylədiyi, hər birimiz şahidi olduğumuz, məhrum Əhməd Cavadın(doğulub 05. 05.1893.Seyfəli,hazırda Şəmkir rayonunda, 13.10.1937.Bakıda məhkəmə qərarı ilə güllələnib) şeirindən olan ;
" Arazı ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar!"
misraları ilə sanki Azərbaycan və İran arasında onsuzda normal olmayan siyasi münasibətlərə daha bir əngəl törəndi... Mətbuat İran siyasi dairələrində baş vermiş narazılıqları üstüörtülü qeyd etsələrdə amma REYAL Narazılığın miqyası daha böyük və təhlükəlidir. Azərbaycana erməni kimi mənfur bir qonşu bəs edər, İranı özümüzdən narazı etmək isə daha təhlükəlidir. Yaddan çıxarmaq olmaz ki, İran əslində Türkiyədən hərbi gücdə daha Nəhəngdir. Sadəcə Türkiyə NATO birliyinin üzvüdür. İran isə yaxın Şərqin super hərbi güclü Dövlətidir belə olmasa idi ABŞ və Avropa Birliyi İranı çoxdan İlviya, İrak, Suriya və s. kimi dağıtmışdılar. Baxmayaraq ki, İran dövlətinin sərhədləri çərçivəsində 364 min kv. km. ƏZƏLİ Azərbaycan Torpaqlarımız var amma İranla NEYTİRAL siyasi münasibətlər Azərbaycan üçün daha vacibdir nəyinki "zamanı yetişməyən" torpaq çəkişmələri.....bu siyasi "çaxnaşma" Azərbaycanın geriyə atdığı üçüncü addımdır desəm yanılmaram....
GERİyə atılmış DÖRDÜNCÜ ADDIM :
Hər bir AZƏRBAYCANLI dərk edir ki, istər etiraf etsinlər istərsə sussunlar, QARABAĞ MÜQYİŞƏSİ yenidən "donduruldu". Bu isə o deməkdir ki, Dövlətiimiz, Millətimiz, Xalqımız yaxın və ya uzaq gələcəkdə yenidən dağıntılara, qırğınlara düçar olacaq. Yenidən qaysaqlamış yaralar açılacaq, zülüm-zəhmətlə böyütdüklərimiz övladlarımız qırğınlara gedəcək. 30 ilə yaxın "donan" müqayişə necəki, rəsmi açıqlamalara görə 3 minə yaxın oğullarımızın öldürülməsi və minlərlə övladlarımızın şikəstliyinıə səbəb oldu. Axı nədən Ataların yarımçıq qoyduğu "günah"lara Övladlar qurban getməlidir?!....Belə bir deyim var :" ATALAR ÜÇDƏN DEYİB! "... Əminliklə demək olar ki, III Qarabağ müharibəsi labüddür. Vaxtı, vədəsi, nəticəsi qeyri müəyyən olsa belə. Necə deyərlər ; "Ən təhlükəsiz düşmən öldürülmüş düşməndir!", alçaldılmış, qüruru taptalanmış, yaralı, MƏH EDİLMƏMİŞ düşmən, İLAN gec-tez mütləq dişləyəcək! Hələki Azərbaycan Ermənistan hərbi çəkişmələrdə hesab 1 : 1 heç-heçədir! Üçündü hərbi savaş birinin tam qələbəsidir. Bizlər isə yalnız ULU YARADANa yalvarmaq ki, qaçılmaz ÜÇüncü davada Azərbaycan QALİB olsun!....
Bu qələbə isə Yüksək sivil siyasi, mənəvi, mədəni NƏSİL yetişdirmək, XXI əsir HƏRB və BEYİN GÜCÜNƏ nail olmaqla mümkündür. "azəricalaq" ünsürlərdən azad olub yalnız AZƏRBAYCANLI adından qürur duyan İNSANlar, XALQ yetişdirməklə Azərbaycan dövlətini qoruyub saxlamaq və siyasi müstəvilərdə SÖZ SAHİBİ olan dövlətə çevrilmək olar!...
Ləngimədən Azərbaycan öz DOST və DÜŞMƏN dövlətlər siyahısını müəyyənləşdirib məhz bu istiqamətdə siyasi fəaliyyətini gücləndirməlidir. Azərbaycanın milli və siyasi maraqlarını heç bir "Qardaş" dövlətlərin əli ilə qorumaq, təmin etmək mümkün deyil. Necə deyərlər; "QONŞUYA ÜMÜDLÜ OLAN GECƏNİ ŞAMSIZ QALAR!" Azərbaycan öz OD-ALOVuna arxalanaraq yalnız AZƏRBAYCANLI ADINI ŞƏRƏFLƏ DAŞIYAN İNSANLARa ümüd etməlidir! Artıq Dünya 10 NOYABIR 2020-ci il RAZILAŞMASIndan sonra Azərbaycanı REYAL MÜSTƏQİL DÖVLƏT KİMİ TANIDI. Bu müstəqilliyi ULU YARADAN QARDAŞ deyib etibar etdiyimiz "qarda+daşlar" dan qorusun!!!""
- (İBO)-


20:27 01.01.2023
Xəbər lenti
Bütün xəbərlər