KANAL24.AZ
Az Iw En Ru

ZƏNGƏZUR DƏHLİZİ İLƏ LAÇIN DƏHLİZİNİN STATUSLARINI EYNİLƏŞDİRMƏK SİYASİ SƏFDİR

1-2 gündür Azərbaycan siyasi elitası bar-bar bağırır ki, Azərbaycana Ermənistan öz ərazisindən Naxçıvanla əlaqəsi üçün verəcəyi, açacağı dəhlizin idarəetmə, fəaliyyət prinsipləri Ermənistanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda yaşayan erməni əsilli əhalisi ilə əlaqələri üçün nəzərdə tutulan Laçın dəhlizi ilə eyni olmalıdır. Nədi? nə var? ermənilər Zəngəzur dəhlizində hərəkətə nəzarətsiz, sərbəst hərəkət etməyə narazıdırlar, icazə vermirlər. Məgər bu çıxış yoludurmu ki,Naxçıvana əlaqə qurmaq xətrinə Azərbaycan üçün gələcəkdə siyasi bəlaya çevriləcək sənədlər imzalansın?
Belə təsəvvür etsək ki, əgər Ermənistanın hər hansı bir bölgəsində Azərbaycanlılar yaşamış olsaydılar və Ermənistanın həmin bölgəsində yaşayan Azərbaycanlı əhalisi ilə Azərbaycan Dövləti arasında əlaqə üçün Ermənistan ərazisi ilə dəhliz yaratmaq lazım gəlsə idi bax məhz onda həmən dəhlizin statusu ilə Laçən dəhlizinin statusunun eyni olmasını tələb etmək olardı! Zəngəzur dəhlizini Laçın dəhlizi ilə eyniləşdirmək ən azından siyasi səfdir.Axı necə ola bilər ki, bütün dünyanın Azərbaycanın ərazisi kimi tanıdığı Naxçıvan torpaqlarımıza Azərbaycan əhalisinin sərbəst hərəkətini təmin edəcək dəhlizin statusu dünyanın Azərbaycanın ərazisi kimi tanıdığı Dağlıq Qarabağ ərazilərimizə Ermənistan əhalisinin və Dağlıq Qarabağda yaşayan ermənilərin sərbəst gəlib getməsi üçün ayrılmış Laçın dəhlizinin statusu ilə eyniləşdirilsin?!
Bilirsizmi onda belə çıxır ki, Naxçıvan və Naxçıvan əhalisi Azərbaycanın ərazisi və Azərbaycanın əhalisidir bəs məyər Dağlıq Qarabağ və Qarabağda yaşayan erməni əsilli əhali Ermənistanındırmı?! Əgər dərindən fikirləşsək belə çıxır ki, özümüz özümüzə siyasi quyu qazırıq! Bəs dünyaya "Qarabağ Azərbaycandır!" bəyan etmək, "Qarabağda yaşayan ermənilər bizim əhalimizdir!" demək hara, Qarabağı və orda yaşayan erməni əsilli Azərbaycanın əhalisini Naxçıvan və Naxçıvanda yaşayan azərbaycanlı əhali ilə eyniləşdiririksə, onda qonşu dövlət Ermənistana öz ərazimiz Qarabağ əhalimizlə əlaqə üçün verdiyimiz Laçın dəhlizini necə eyniləşdirilir? Məgər Naxçıvan Ermənistan ərazisindən dəhlizlə Azərbaycanın Şərq torpaqları ilə əlaqə qurursa bu Azərbaycanın bir hissəsinin digər hissəsi ilə birləşdirilməsi demək deyilmi? Bəs Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağımızın öz doğma torpaqlarımız olan Laçın dəhlizi ilə Ermənistanla əlaqəsi nə deməkdir? Bu iki tam əks siyasi mənalı dəhlizin statusları necə eyni ola bilər?. ƏGƏR DAĞLIQ QARABAĞ ERMƏNİSTAN ƏRAZİSİ OLSAYDI BAX ONDA LAÇIN DƏHLİZİ İLƏ ZƏNGƏZUR DƏHLİZİNİ EYNİ STATUSLU HESAB ETMƏK OLARDI !!!
Bu sadə siyasi məsələni dərk etmək məgər bu qədər çətin bir işdirmi?! Heç fikirləşirsinizmi gələcəkdə bu EYNİLƏŞDİRMƏ Azərbaycan üçün nə qədər problem ola bilər?.....""
Ibrahim Həsənov/İBO/


15:21 17.12.2022