KANAL24.AZ
Az Iw En Ru

Orta Dəhlizin tam olaraq reallaşdırılması üçün bütün faktorlar mövcuddur

Prezident İlham Əliyevin 25 noyabr tarixində ADA Universitetində keçirilən “Orta
Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq
konfransda çıxışı dünya mediasının, o cümlədən ərəb mediasının diqqət mərkəzində oldu.
Qeyd etmək lazımdır ki, Azərbaycanın coğrafi mövqeyinin üstünlüyü Avropa ilə
Asiyanın arasında yerləşməsindədir.
Ölkəmiz uzun illərdir ki, infrastrukturun inkişafına sərmayə yatırır. Dəmir
yollarımız, yol infrastrukturumuz deməyə əsas verir ki, Azərbaycanda bu sahədə hər şey
hazırdır. Beş il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi
isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə isə biz, Bakı-Tbilisi-Qarsın
Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq.
Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinin iştirakçısıdır və
ölkəmizdə bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi
Azərbaycan qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikir.
Nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət
limanımızın həcmini 15 milyon tondan 25 milyon tona qədər genişləndirəcəyik. Buna
zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha
çox yüklərin daşınmasına ehtiyac var. Hazırda Azərbaycanda hava limanları layihələrinin
tamamlanması prosesi gedir. Laçın hava limanı hazır olandan sonra, o, işğaldan azad
edilmiş ərazilərimizdə üçüncü hava limanı olacaq. Bununla da Azərbaycanda beynəlxalq
hava limanlarının sayı doqquza çatacaq. Bu, təkcə sərnişin daşımaları üçün yox, həm də
yük daşımaları üçündür. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan Orta Dəhliz kimi
iri miqyaslı layihəni icra etmək əzmindədir və buna nail olacaq.
Piri Hüseyinli,
Sabirabad rayonu “Omega Hospital”ın icraçı direktoru


15:51 29.11.2022