KANAL24.AZ
Az Iw En Ru

“Yaşasın böyük birlik, -Azərbaycan İsrail qardaşlığı “ !

Azərbaycanda yaşayan yəhudilər Azərbaycanı özlərinə Vətən bilirlər.
Azərbaycan yəhudiləri dünyanın heç bir yerində olmadığı qədər əmin-amanlıq və sülh şəraitində yaşayırlar.
Azərbaycanın iqtisadi- siyasi və sosial həyatında yəhudi xalqı aktiv iştirak edir.
Azərbaycan yəhudiləri xaricdə yaşadıqları halda belə Azərbaycanı unutmurlar,- Azərbaycanı yaxşı mənada təbliğ edirlər.
Bu gün dünyada Azərbaycan həqiqətlərinin təbliğində yəhudi diasporu mühüm işlər görür.
Yəhudi dövləti,- İsrail ilə Azərbaycan arasında siyasi-hərbi , iqtisadi, mədəni əlaqələr və s.. əməkdaşlıq mövcuddur.
Yəhudilər İsrail-Azərbaycan münasibətlərinin inkişafında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında aparıcı qüvvədir.
30 illik diplomotik əlaqələrin nəticəsini nəhayət ki, əldə etdik.
İsraildə Azərbaycan səfirliyinin açılması xəbəri , hamı kimi məni də sevindirdi.
Təl -Əviv şəhərində səfirliyin açılması ilə bağlı sənədi Prezident cənab İlham Əliyevin təqdim erməsini böyük fəxarət hissi ilə alqışlayaraq, hər iki xalqa xeyirli uğurlu olacağına inanıram!
Yaşasın Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham ƏLİYEV!
Və həmçinin ” Yaşasın böyük birlik, -Azərbaycan İsrail qardaşlığı “.

 

İsrail Azərbaycan   dostluğunu yüksək qiymətləndirir və əbədi olmağını arzu edirəm : Xeyriyyəçi Mehti Əzizov Nəhməd oğlu, YAP- ın üzvü.


04:26 22.11.2022