KANAL24.AZ
Az Iw En Ru

"Synergy Group” MMC-də törətdiyi total talama faktlarına görə Rauf Axundov məsuliyyətə cəlb oluna bilər

"Olmasaydı dünyada sənin kimi sarsaqlar, ac qalardı bizim kimi yaltaqlar". (M.Ə.Sabir)

Dünən Azərbaycanın sabiq naziri Fazil Məmmədov vəfat edib.
O, 36 yaşından yeni yaradılan Vergilər Nazirliyinə rəhbər təyin edilmişdi. Fazil Məmmədov 17 il nazir vəzifəsi daşımışdı. Və bu müddət ərzində külli-miqdarda kapital sahibinə çevrilmişdir.
Fazil Məmmədovun nazir fəaliyyəti dövründə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaiti büdcədən yayındıraraq ofşorlara yönləndirdiyi barədə xəbərlər yayılmışdı. Həmin xəbərlər bu günə qədər təkzib edilməyib.
Bundan başqa, Məmmədova aid olduğu bildirilən “Sinerji Qrup MMC” şirkətlər qrupuna rəsmi olaraq 30 şirkət daxil idi. Şəmkirdə yerləşən “Excelsior Hotel Şəmkir”, “AzAqro” qızılgül istixanaları,"Ata bank","Aərbaycan Univesiteti", "Best pact UC poiqrafiya fabriki, Gəcə Yen Kliika" , Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlər “Sinerji Qrup MMC”nin tərkibində idi. “Şəmkir-Quşçuluq” MMC, 200-ə yaxın istixana, “Zəyəmkəndmaş” zavodu, “Şəmkir Ət-süd” MMC, “Yalta Meşə Ailəvi İstirahət Mərkəzi”, “Şəmkir səbəti” hipermarketi və bir çox şirkət və obyektlər də keçmiş nazirə məxsus idi.
Onu da bildirək ki, “Synergy Group”a aşağıdaki şirkətlər də paylarına görə belə daxil olub:
– “Synergy Construction” MMC – inşaat, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
– “Renaissance Construction Azәrbaycan” MMC – inşaat, birgә müәssisә, iştirak payı 50%;
– “Azagro” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;
– “B.N.M.” MMC – turizm vә hotelçilik, törәmә müәssisә, iştirak payı 100%;
– “Caspian Coast Winery and Vineyards” MMC – şәrabçılıq, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
– “Tradehouse Caspian Coast Winery and Vineyards” MMC – şәrab mәhsullarının satışı vә paylanması, törәmә müәssisә, iştirak payı 100%;
– “Khazar Tourism” MMC – turizm vә hotelçilik, törәmә müәssisә, iştirak payı 100%;
– “Caspian Agro” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
– “Azagroexport” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;
– “Exclusive Dining” MMC – restoran, törәmә müәssisә, iştirak payı 100%;
– “Shamkir City Hotels and SPA” MMC – turizm vә hotelçilik, törәmә müәssisә, iştirak payı 100%;
– “Azәrbaycan Universiteti” – tәhsil, törәmә müәssisә, iştirak payı 90%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
– “Unicamp” MMC – tәhsil, törәmә müәssisә, iştirak payı 100%;
– “Ecolime” MMC – tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;
– “Synergy Foundation” – qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;
– “Synergy Development” MMC – daşınmaz әmlakın idarә olunması, törәmә müәssisә, iştirak payı 100%;
– “Synergy Sport” MMC – qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;
– “Synergy Technics” MMC – investisiya şirkәti, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
– “Zәyәmkәndmaş” ASC – metal konstruksiyaların istehsalı, törәmә müәssisә, iştirak payı 51%;
– “Azerbaijan Global Investments” ASC – investisiya şirkәti, asılı müәssisә, iştirak payı 32%;
– “Azerbaijan Fibro Cement” MMC – tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;
– “Synergy Jet” MMC, – jet әmәliyyat şirkәti, törәmә müәssisә, iştirak payı 100%;
– “Synergy Trading” MMC, ticarәt şirkәti, törәmә müәssisә, iştirak payı 100%;
– “Caspian Development Bank” ASC, törәmә müәssisә, iştirak payı 99.91%;



İddialara görə, Şəmkir rayonunda salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinmişdi. Faktiki isə parkda görülən işlərin dəyəri 8 milyon manatdan da az olmuşdu. Bu xəbərlər də indiyədək təkzib edilməyib.
Fazil Məmmədovun Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardların bir hissəsini
xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa, digər hissəsini ( təxminn yarısını) isə daxildə "Synerji group" MMC-yə daxil olan şirkətlərin yradılmasına sərf etmişdir.
Hazırda Ukraynada və Rusiyada müharibə getdiyi üçün mərhum nazirin bu ölkədəki biznesinin taleyi bəlli deyil.
Məmmədovun nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi barədə də mətbuatda yazılar dərc olundu. Bildirilirdi ki, nazir postunda ikən F.Məmmədov Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri başqa şəxslərin adına keçirməklə əlindən çıxarılmasını önləməyə çalışıb.
F.Məmmədovun vəzifədən çıxması ilə qeyri-leqal biznesində problemlər də yaranmışdı. Hətta oğluna məxsus şirkətin dövlətə olan vergi borcunu ödəyə bilmədiyi də bəlli olmuşdu.
Belə ki, “Synergy Group” MMC-nin əsl sahibi isə keçmiş vergilər naziri Fazil Məmmədovdur. Yeri gəlmişkən, Xaləddin İsgəndərov Fazil Məmmədovun bacısının əridir.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına diqqət yetirdikdə məlum olur ki, 4 dekabr 2020-ci ildə şirkətin sənədlərinə dəyişiklik edilib. Ehtimal edilir ki, bu dəyişiklik Elnur İsgəndərovun MMC-nin qanuni təmsilçisi olması ilə bağlıdır. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Axundov Rauf Arif oğlu olub. Rauf Axundov 2017-ci ildə lisenziyası ləğv edilən “Dəmir Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.
Fazil Məmmədov nazir olduğu dönəmdə “Synergy Group” MMC Azərbaycanın ən iri və gəlirli holdinqlərindən biri kimi tanınıb. Xatırladaq ki, “Synergy Group” 2010-cu ildə yaradılıb, Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən ən iri özəl holdinqlərdən biridir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Sabiq nazir, şirkətə istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, hotelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar edib. Fazil Məmmədov işdən çıxarıldıqdan sonra şirkətin işi axsayıb. 2019-cu ildə yayılan məlumata görə, sabiqlərin sırasına qoşulduqdan sonra bir müddət səhhətindəki problemlərlə məşğul olan keçmiş nazir yenidən əsas diqqətini “Synergy Group” MMC-yə yönəltmişdi.

Necə oldu ki, Fazilin “Synergy Group” MMC-yə dövlətdən taladığı 1 milyard pulu investisiya kimi yatırsa da, 2020-ci ilədək külli-miqdarda vergi borcu yarandı?

Amma xeyri olmadı. Çünki hazırda “Synergy Group” MMC-nin 2020-ci ilədək 48 168.93 AZN vergi borcu yığılıb qalmışdır. Bəs necə oldu ki, Vergilər Nazirliyinə rəhbərlik etdiyi dönəmdə "Synergy Group” MMC-nin bütün sahələrinə iri yatırımlar qoyulmasına baxmayaraq Rauf Axundov Arif oğlunun dövründə külli-miqdarda vergi borcu yaranmışdır ki, şirkətin 48000 manatı belə ödəməyə maddi imkanı qalmamışdır. Baxmayaraq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsi “Synergy Group” MMC-yə yığılmış borcun ödənilməsi barədə dəflərlə xəbərdarlıq etmişdir. Verilən məlumatdan aydın olmuşdur ki, yarandığı gündən yüksək gəlirlə işləyən böyük bir şirkət 2019-cu ildən , yəni Rauf Axundovun 2018-2020-ci illərdə rəhbər olduğu dövrdə ziyanla fəaliyyətini davam etdirmişdir. Məsələnin obyektiv və subyektiv səbəblərini araşdıran Fazil Məmmədovun yaxınları qərara gəlmişlər ki, "Synergy Group” MMC- nin qısa müddətdə müflis həddinə gəlməsinə Rauf Axundovn tamahkarlığı səbəb olmuşdur. Bundan sonra şirkəti F.Məmmədovun ən etibarlı qohumu və kadrı hesab olunan Xalədinin oğlu Elnur İsgəndərova həvalə edilmişdir. Məlum olmuşdur k, Rauf Axundov dövründə , "Synergy Group” MMC-yə yaxil olan şirkətər ümumilikdə 10 milyon manatlarla ziyana düşmüşdür. Yəni, Azəbaycana ən böyük və ən gəlirli özəl bir holdinq göz görə görə çökdürlümüşdür.


RAUF AXUNDOVUN İNTELLEKTUAL SƏVİYYƏSİ ZƏİF OLSA DA "SYNERJİ GROUP"-da BÖYÜK KOMBİNATOR KİMİ HƏRƏKƏT EDİB

Arşdırmalar zamanı o da məlum omuşdur ki, cənab Rauf Axundov 1993-cü ildə ali məktəbə qəbul zamanı test imtaanlarından çox zəif nətiələr göstərdiyinə görə müsabiqədən kənarda qalmışdır. Lakin az sonra Rauf Axundov 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə, 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə formal təhsil alaraq gələcək karyerası üçün lazımi diplomlar əldə edə bimişdir. Bəs necə olmuşdur ki, belə bir zəif intellektə sahib olan Rauf kmi birisi rəhbərlik etdiyi 2 il ərzində "Synergy Group” MMC- ni talayb axırına çıxa bilmişdir?
Talama mexanizmi aşağıakı kmi baş vermişdir:
Rauf Axundov, Synergy Group” MMC-yə rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən rəqəmləri şişirtməklə; yaxınları olan başqa şəxslərin adına şirkətlər yaratmaqda; “Synergy Group” MMC-yə daxil olan müxtəlif firmaların mallarını həmin şirkətlərə daha aşağı qiymətlərlə satmaqda; "Synergy Group” MMC-in məhsullarını öz şəxsi obyektlərinə sərf etməkdə həyata keçirmişdir.

Fazil Məmmədov yaxınlarına Rauf Axundovun cəzalandırılmasına icazə vermədi

Rauf Axundov bu cür üsullarla ümumilikdə təxmini hesablmalara görə 2 il ərzində "Synergy Group” MMC-də 30 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib. Buna görə yaxın zamanalarda istintaq apaılsa Rauf Axundova AR-nın Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan oluna bilər. Çox güman ki, mərhum Fazil Məmədovun 40 mərasimindən sonra onun əmlakları üzərində pay bölgüləri aparan yaxınları "Synergy Group” MMC-də 2018-2020-ci illərdə həyata keçirilən total talama faktlaının aşkara çıxarılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək zorunda qalacaqlar. Çünki sağlığında Fazil Məmmədov yaxınlarına Rauf Axundovun törətdiyi cinaytlərin açılmasna nə səbəbə görəsə izn vermirdi.

BƏS İNDİ RAUF AXUNDOV "Synergy Group” dan TALADIĞI MİLYONLARI HARA SƏRF EDİR?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “SP Agro” Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin oktyabrın 26-da dövlət qeydiyyatına alıb.
Verilən məlumatda qeyd edilir ki, “SP Agro” MMC-nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Axundov Rauf Arif oğludur.
Qeyd edək ki, Axundov Rauf Arif oğlu həm də “Brand Credit BOKT” MMC-nin Müşahidə Şurasının üzvüdür.
“SP Agro” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov, ev.101 m.15. ünvanıdır.


Rauf Axundov dövründə "Ata Bank" ASC- də müflsləşdi və bağlandı

“Ata Bank” ASC hələ ölkədə maliyyə sektorunun tam stabil olmadğı bir zamanda 1993-cü ildə yaradılıb. Bank 2017-ci ildə “Caspian Devlopment Bank” ASC-nində ona birləşməsindən sonra 7 dəfə kəskin kapital artımlarına gedərək, 50 mln. manata qədər artırılır.
Bank tarixində bəlli hesabat dövrləri ərzində ilk dəfə 2010-cu ildə yarım milyondan çox zərər edir.

Əsas sahibi dəyişir
Bankın əsas səhmdarı “Ata Holdinq” MMC-nin adı (76%) 2017-ci ildəki səhmdarlar siyahısında yer almır. Onun yerinə “Synergy Group” MMC yer alır (86%).
Uğursuz birləşmə, yoxsa böyük kombinatorun qambit gedişi


2015-ci ildə iki dəfə manatın kəskin ucuzlaşması baş tutur. 2016-ci ildə Azərbaycanda maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dəfələrlə bankların sağlamlaşdırılması üçün onlara təklif olaraq digər banklarla birləşməni tövsiyə edir. Əslində, həmin ildəki maliyyə çaxnaşmasından bu tərəfə bir çox bankların birləşməsi məlumatları, şayələri az qala hər həftə yerli KİV-də tirajlansa da, ilk və son olaraq məhz “Ata Bank” və “CDB Bank” arasında baş tutan konsolidasiya olur. Yəni tövsiyəni bu iki bank “eşidir”. Lakin, bu birləşmədən sonra “Ata Bank” üçün uğurlu alınmır, geriləmələr başlayır. Bank elə həmin ildəcə milyona yaxın zərərlə ili tamamladığını elan edir. Kommersiya bankı ilk olaraq 2018-ci ildə və daha sonra 2019-cu ildə audit hesabatını açıqlamaqdan imtina edir.
Lakin, bankın “öz dili” ilə açıqlanan hesabatda bəlli olur ki, aktivləri il ərzində 616 mln. manatdan 581 mln. manata qədər kiçilib, hər necəsə xalis mənfəət açıqlasada 100 min manatı belə ötə bilmir.

1 noyabr 2019-cu il tarixdə bankın 286,27 mln. manat müştərilərinin əmanətləri var. Bu əmanətlərin 133,7 mln. manatı ekvivalentində xarici valyutada olanlardır.

28 aprel 2020-ci il tarixdə isə Azərbaycan Mərkəzi Bankı 5 illik fasilədən sonra əlində olduğu mandatatdan istifadə edərək 21 illik bankı maliyyə durumuna görə lisenziyasını geri çağırlmalı olur. Ləğv olunma ilə bağlı “Ata Bank”la bağlı vəziyyətin daha pis olması səbəbindən “əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini” icra edə bilməməsini də qeyd edir.
Lakin, bankın “öz dili” ilə açıqlanan hesabatda bəlli olur ki, aktivləri il ərzində 616 mln. manatdan 581 mln. manata qədər kiçilib, hər necəsə xalis mənfəət açıqlasada 100 min manatı belə ötə bilmir.
1 noyabr 2019-cu il tarixdə bankın 286,27 mln. manat müştərilərinin əmanətləri var. Bu əmanətlərin 133,7 mln. manatı ekvivalentində xarici valyutada olanlardır.
28 aprel 2020-ci il tarixdə isə Azərbaycan Mərkəzi Bankı 5 illik fasilədən sonra əlində olduğu mandatatdan istifadə edərək 21 illik bankı maliyyə durumuna görə lisenziyasını geri çağırlmalı olur. Ləğv olunma ilə bağlı “Ata Bank”la bağlı vəziyyətin daha pis olması səbəbindən “əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini” icra edə bilməməsini də qeyd edir...

Araşdırmalarımız davam edir.
İFADETV.COM-un araşdırma qrupu


21:27 06.11.2022
Xəbər lenti
Bütün xəbərlər