KANAL24.AZ
Az Iw En Ru

İsrail Azərbaycan

Bir bədəndə iki can –
İsrail – Azərbaycan!
Cahan boyda bir Cahan –
İsrail – Azərbaycan!

Candılar-candaşdılar,
Dostdular, sirdaşdılar!
Həqiqi qardaşdılar –
İsrail – Azərbaycan!

Bir kök üstündə bitən,
Darda haraya yetən!
Bir yerdə güclüsən, Sən,
İsrail – Azərbaycan!

Bakı-Tələviv-Təbriz –
Birgə vurur nəbziniz!
Ayrılmaz qollarıq, biz –
İsrail – Azərbaycan!

Qədim tarixdən gələn,
Dərdi-sevinci bölən
Hər iki xalqa Vətən –
İsrail – Azərbaycan!

İftixar Piriyev.


17:52 04.11.2022
Xəbər lenti
Bütün xəbərlər