KANAL24.AZ
Az Iw En Ru

Avropa və dünya üçün əhəmiyyətli əməkdaşlıq

Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi mühüm yer tutur.
Bu baxımdan, ölkəmizin Gürcüstanla münasibətlərinin inkişafı hər zaman diqqət mərkəzindədir.
Oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri iki ölkə arasında əlaqələrin daha da
dərinləşməsinə böyük təkan verəcəkdir.
Bu gün ölkələrimiz arasında siyasi dialoq yüksək dinamizmi ilə fərqlənir. İki ölkənin liderləri və
digər yüksək səviyyəli rəsmiləri tez-tez Azərbaycanda, Gürcüstanda və beynəlxalq platformalarda
görüşərək regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparırlar. Azərbaycanla Gürcüstan
arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da uğurla inkişaf
edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə
çox önəmli böyük layihələri icra edə bilmişik. Ötən əsrin doxsanıncı illərinin sonlarında Bakı-Supsa neft
kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri
vasitəsilə  birləşsin. Bundan sonra Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi.
Regional və qlobal əhəmiyyət daşıyan bu layihələri üç qonşu dövlət – Azərbaycan, Türkiyə və
Gürcüstan birgə səylərlə reallaşdırıblar. Üç ölkənin tərəfdaşlığı ilə ərsəyə gələn meqa layihələrdən biri
də Cənub Qaz Dəhlizidir. Bu gün sözügedən layihələr ölkələrimizin iqtisadi inkişafında mühüm rol
oynayır. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın digər prioritet istiqaməti nəqliyyat sektorudur.
Ölkələrimiz üzərindən Avropa ilə Asiyanı birləşdirən ən qısa və təhlükəsiz nəqliyyat marşrutu keçir.
Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra Azərbaycanın və Gürcüstanın tranzit imkanları
əhəmiyyətli dərəcədə artıb.
Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edir. Mçxeta rayonundakı Muxrani
sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin  mətbuata bəyanatları zamanı dövlətimizin başçısı deyib ki,
bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb.  Çünki bir çox
sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi
dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil,
bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Müzakirələr zamanı bölgədə gedən
proseslər, təhlükəsizliklə bağlı olan məsələlər də diqqət mərkəzində olub. Prezident İlham Əliyevin bir
daha bəyan etdiyi kimi,  Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və
Ermənistan sülh müqaviləsi imzalasınlar. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan
tərəfinə təqdim etmişik. Ermənistan tərəfi də sülh sazişini imzalamaq üçün  siyasi iradə nümayiş
etdirməlidir. Dövlətimizin başçısı eyni zamanda, Gürcüstan-Azərbaycan-Ermənistan
məsləhətləşmələrinə başlanması haqqında da fikir mübadiləsinin aparıldığını bildirib. Əlbəttə ki, bu,
Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqarar olunması istiqamətində önəmli
bir platforma ola bilər.
Nərmin Zeynalova,
3 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


03:23 27.10.2022
Xəbər lenti
Bütün xəbərlər