KANAL24.AZ
Az Iw En Ru

Səadət Şükürova İsraelovdan erməni təxribatına sərt reaksiya

İsraildə yaşayan Kanal24.az internet televiziyanın rəhbəri Səadət Şükürova İsraelov Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq törətdiyi genişmiqyaslı təxribata sərt etirazını bildirib.

 

İnternet TV-nin rəhbərinin imzası ilə yayılan bəyanatda bildirilib ki, Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının həlledici mərhələsində belə təxribatın baş verməsi yolverilməzdir.

 

Qeyd edilib ki, İsraildə yaşayan Azərbaycan icması Ermənistanın sülh danışıqlarına növbəti dəfə zərbə vurmasına görə çox narahatdır. “Dünya ictimaiyyətinə yaxşı məlumdur ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparır. Bu mərhələdə təcavüzə yol verməklə Ermənistan bölgədəki normallaşma və sülh prosesinə hər vəchlə mane olduğunu növbəti dəfə sübut edir. Biz, İsraildə yaşayan Azərbaycan icması, dünya birliyindən bu cür halların təkrarlanmaması naminə beynəlxalq müstəvidə əməli addımlar atılmasını, Ermənistanın revanşizm ideyalarına son qoymasını və sülhə sövq edilməsini tələb edirik”.


19:30 20.09.2022
Xəbər lenti
Bütün xəbərlər