KANAL24.AZ
Az Iw En Ru

Ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili dayanır

İyul ayının 25-də Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin başçısı vəzifələrinə yeni təyin olunmaları əlaqədar Araz Əhmədovu, Əkbər Abbasovu və Elvin Paşayevi qəbul edərkən bir daha bildirmişdir ki, insanları narahat edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda olmalıdır. Ölkə başçısı bu görüşdə bildirib ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Bax, dövlətin siyasəti bundan ibarətdir. Mən hər zaman Azərbaycan dövlətinin siyasətini birmənalı şəkildə ifadə edirdim, bunu ictimaiyyətə təqdim edirdim. Mənim bir çox çıxışlarım ictimaiyyət qarşısında hesabat xarakterli çıxışlardır və eyni zamanda, bütün dövlət məmurlarına, o cümlədən sahibkarlara dediyim sözlər hesab edirəm ki, əsas olmalıdır.

Hər zaman qeyd edilir ki, zaman amili islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Hakimiyyətin hər üç qolunda – icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmilləşmələr həm Azərbaycanın bugünkü inkişaf səviyyəsinə, həm də müasir dövrün çağırışları və qarşıda duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə adekvat olmalıdır.

Dövlət başçısı İlham Əliyev çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, Azərbaycan özünü dünyada güclü, məsuliyyətli ölkə kimi təqdim edir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın potensialının nədən ibarət olduğunu nümayiş etdirdi. Azərbaycan döyüş meydanında qələbə qazandı. İqtisadi tərəqqi güclü sosial siyasətin həyata keçirilməsini təmin edir. Minimum əmək haqqının, minimum pensiyanın artırılması, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra dövlət başçısı İlham Əliyevin şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımları da sosial siyasətin prioritetliyini önə çəkir. Ölkə Prezidenti daim vətəndaşının yanında olduğunu, həyata keçirilən siyasətin təməlində vətəndaş amilinin dayandığını nümayiş etdirir. Bunun üçün təbii ki, ilk növbədə iqtisadi tərəqqinin təmin olunması əsasdır. Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadəsi neft gəlirlərinin artmasında, bu isə öz növbəsində ölkəmizin hərtərəfli inkişafı üçün mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsində aydın ifadəsini tapır.
Hər bir yenilik, islahatların dərinləşməsi öz növbəsində kadr tələbatını aktuallaşdırır. Çünki yeni texnologiyaların tətbiqi öncə bunları dərindən bilən və tətbiq etməyi bacaran kadrların olmasını tələb edir.Davamlı inkişafda məmur-vətəndaş münasibətləri xüsusi qeyd edilməlidir. Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Dövlət başçısı həmişə çıxışlarında ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Prezident daim qeyd edir ki, məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar.

Respublikanın hər yerində olduğu kimi Sabirabad rayonunda da şəhid ailələrinə, qazi və müharibə veteranlarına daima diqqət və qayğı göstərilir, onların müraciətinə həssaslıqla yanaşılır. Son illər Sabirabad rayonunda şəhid ailələrinin üzvləri, qazi və müharibə veteranlarının əksər çoxluğu münasib işlə təmin olunmuş və ya özünəməşğulluq proqramına cəlb olunmaqlarına yaxından köməklik göstərilmiş, onların sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülür. Ümumiyyətlə Sabirabad rayonunda fəaliyyət göstərən idarə, müəəsisə və təşkilatlarda şəhid ailələri, qazilər və müharibə veteranları növbədən kənar qəbul olunur və müraciətləri əsasında mövcud qanunvericiliyin tələblərinə uyğun lazımi tədbirlər görülür.

Bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə əhali tərəfindən təqdir olunur, yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır.

Bütün bunlar bir daha göstərir ki, dövlət siyasətinin əsasında vətəndaş amili dayanır.

 

Vüqar Kərimov,

Sabirabad rayonu Gənclər və idman idarəsinin rəis müavini

 


17:27 29.07.2022
Xəbər lenti
Bütün xəbərlər