KANAL24.AZ
Az Iw En Ru

XÜSUSİ ƏMƏLİYYATIN ÜMUMİ FƏSADLARI

Rusiya prezidenti V. V. Putinin 24 fevral 2022-ci il saat 05:30 tarixində Ukrayna ərazisində aparılmasına start verdiyi "Xüsusi əməliyyat"dan artıq 106 gün ötür. "əməliyyatın" isə sonu görsənmir. Mənim fikirimcə ABŞ.,Rusiya və Çin dövlətlərinin gizli danışıqlarına xidmət edən bu "xüsusi əməliyyat" müasir Ukrayna dövlətinin parçalanması ilə nəticələnəcək.Rusiyanın ilk planı olan Kiyevi ələ keçirib öz "adamlarını" hakimiyyətə gətirməklə Donbas və Luqansk vilayətində elan edilən qondarma DXR və LXR - rını Ukraynaya rəsmi tanıtmaq, paralel olaraq Kırımı Rusiya tərkibində tanımağa vadar etmək. İlk plan baş tutmadı, fikrimcə əsas səbəb Rusiyanın artıq 30 ildə Ukraynada yaşlı nəsilin rustpərəstliyinin əvəzinə yeni antirus nəsilin yetişməsi və yeni nəsilin Ukrayna hakimiyyət dairələrində, Ukrayna ordusunda mütləq say çoxluğuna malik olmasını nəzərə almamaqları. Birinci variantda Ukraynada son müstəqillik illərində yetişən NƏSİLin artıq ruslara qardaş kimi deyil yaxın qonşuları olan düşmən gözündə baxdıqları və rusları işğalçı xalq kimi qəbul etdikləri nəzərə alınmamışdı.
Bu Reyallığı dərk edən Rusiya "xüsusi əməliyyat"ın ikinci planına keçdi. İkinci plana əsasən Donetsk, Luqansk, Xarkov, Zaporojye, Dnepropetrovsk, Xerson, Nikolayev, Odessa vilayətlərinin inzibati ərazilərini tam ələ keçirilərək Moldova sərhəddinə çıxaraq "Pridnestrovya Moldaviya Respublikası" adlı tanınmamış dövlətlə quru yol əldə etməkdir. Daha sonralar isə bu ərazilərdə Novorus adlı dövlət qurmaq və Kırımı Rusiya ərazisi kimi rəsmi tanıtmaq, müasir Ukraynanın qalan ərazilərində isə yeni Ukrayna və ya Qalan ərazilərin bir hissəsi Polşa, Rumıniya və Macarıstan arasında bölündükdən sonra yerdə qalan kişik bir ərazidə paytaxt Kiyev olmaqla Ukrayna dövləti qurulması. Döyüşlərin gedişi məhz bu variantların siyasi-hərbi müstəvidə olmasını açıq-aydın göstərir. İkinci variantın seçilməsində əsas səbəb yeni Antirus nəslin varlığına birinci planda laqeyit yanaşmanın fasadlarını aradan qaldırmaqla daha az canlı qüvvə və hərbi texnika itkisi ilə nail olmaq məqsədidir.
Rusiyanın Ukraynada aparılan "xüsusi əməliyyatı" dünyada son 3-4 ildə "at oynadan" İqtisadi Böhranının həlli yollarından növbəti bir variyatıdır. Bu müqaişə başlamamışdan əvvəl DÜNYA KAPİTALİST DƏLƏDUZLARI BİRLİYİ (DKDB) 2019-cu ildən başlayaraq 8 milyarda yaxın dünya əhalisini COVİD-19 virusu ilə mübarizə adı altında talan etdikdən sonra fikirləşib yeni metod taparaq Ukrayna krizisini ortaya atdılar. Fikir verirsiz ABŞ və AB ölkələri, digər İRİ KAPİTALİST ölkələri sanki Ukraynada müharibə başlandıqdan sonra COVİD-19 virusundan tam "sağaldılar". Yalnız hərdən DKDB əhalinin gözündən pərdə asmaq məqsədi ilə COVİD-19 və yeni "Meymun qripi" adını yada salırlar...
Yalnız əlavə qazanc arzulayan DKDB əgər Ukrayna krizisini ortaya atmasaydılar heç cür sakit yolla texniki- maddi-qida iqtisadi resursların (Neftin, Qazın, Taxılın, Ətin, Yağın, və s. və s.) dünya birjalarında satış qiymətlərini bu dərəcədə qaldıra bilməzdilər. Bəli əsas bu şərtdir. Əminliklə deyirəm bu krizisdə ABŞ - Rusiya - Çin üçlüyünə daxil olan bu üç İRİ DÖVLƏTLƏR gizlincə sövdələşərək özlərinin daxili və xarici SİYASİ-İQTİSADİ problemlərini digər dövlətlər arasında paylaşmaq qərarı veriblər. Bu krizisdən uduzan bütün dünya ölkələri və bu ölkələrin sadə vətəndaşları, udan isə ABŞ+Rusiya+Çin dövlətlərinin KAPİTALİST DƏLƏDUZLARI BİRLİYİ və Digər DKDB üzvüləri olan parazitlər oldu.
Təsəvvür edirsizmi son illərdə Dünya Hərb Sanayesi tam durğunluq keçirirdi, silah istehsalı yox səviyyəsinə enmişdi, ölkələr hərb xərclərini ilbəil azaldırdılar, 8 milyardlıq dünya əhalisinə ucuz çörək, Ucuz benzin, Ucuz qaz və s. çatdırmaq mümkün deyildi, DKDB üzvüləri isə daha çox gəlir götürmək üçün qiymətləri qaldırmalı idilər və Ukrayna krizisini planlaşdırmaqla buna əncam tapdılar. Kimin ağlına gələrdi ki, neft 30 dollardan 130 dollara, Qaz 300 dollardan 1000 dollara, Taxıl 150 dollardan 500 dollara və s. qaldırıla bilər dünya əhalisi isə ayaqa qalxıb küçələrə çıxmaq əvəzinə sakitcə durub tamaşa edər. Bax budur DKDB üzvülərinin və onların idarə etdikləri Nəhəng dövlətlərin əsil siması.....
Qayıdım yenidən Rusiyanın Ukraynada apardığı "xüsusi əməliyyata" ;
Sözün düzü tarixlə, coğrafiya ilə maraqlanmayan, siyasətdən uzaq adamları heç olmasa başa düşmək olar, ancaq Tarixçilərin, Siyasətçilərin bu müqaişədə tutduqları həqiqətdən uzaq mövqeyi başa düşmək mümkün deyil. Özlərini siyasətçi adlandıran,özlərini məhşur jurnalist hesab edən əksər adamlar bu müqaişədə Rusiyanın məğlub olacağını, Rusiya Federasiyasının dağılacağını, Rusiya iqtisadiyyatının çökəcəyini, Putinin vəzifəsindən devriləcəyini və s. bu kimi cəfəngiyyatları tam ciddiliklə bildirirlər. Məgər anlamaq çətindirmi ki, Putin bizlərdən də dəqiq bilir ki, müqaişədə uduzmaq onun həm bir siyasi lider kimi və həmdə fiziki mövcudluğu üçün sondur.V. V. Putin dəfələrlə bəyan edib ki, lazım gəlsə nüvə silahı istifadə etməklə belə Rusiya öz siyasi və geo-strateji məqsədinə nail olacaq. XXI əsirdə dünyanın ən iri nüvə silahlı dövlətinə bəs edir ki, Rusiya öz SİYASİ-İQTİSADİ iddialarını bütün dünyaya qəbul etdirsin.

TARİXİ ARAYIŞ:

ÖLKƏLƏRİN ƏRAZİSİ :
1.Rusiya - 17.125.192.kv.km.
2.Kanada - 9.984.669.kv.km.
3.ABŞ - 9.826.067.kv.km.
4.Çin - 9.596.962.kv.km.

NÜVƏ SİLAHI EHTİYATI:
1.Rusiya- 7000 ədəd.
2.ABŞ - 6800 ədəd.
3.Fransa - 300 ədəd.
4.Çin-270 ədəd.
5.Böyük Birtaniya- 215 ədəd.

Yaddan çıxarmaq olmaz ki, nüvə silahı ehtiyatına və ərazi böyüklüyünə görə Rusiya dünyada birinci dövlətdir. Ərazinin böyüklüyü və nüvə silahının sayı Rusiyaya hər hansı bir ölkəyə qarşı , hətda Rusiya --(ABŞ+Avropa Birliyi)nə qarşı və ya Rusiya--(Çin+ Asiya nüvə ölkələri) ilə təkbaşına mübarizədən qalib çıxsın. Nə qədər acı olsada bu faktdır.
Əgər Təbii sərvətləri nəzərə alsaq bu sahədədə, xam mal ehtiyatlarına görədə Rusiya dünya ölkələri sırasında ən güclülərdəndir.
Dünyada təbii sərvətlər ehtiyatının bölgüsündə Rusiyanın payına Neft-10-12%,Qaz-32%,Daş kömür - 11%,Dəmir-25%,Nikel - 33% və s. düşür.
Yeri gəlmişkən Rusiyanın Avropa Birliyi ölkələrinin enerji bazarında payı 30 - 35% arasında dəyişir. Son illər Rusiya AB ölkələrinə hər il 150-180 milyard kub metr həcmində təbii qaz ixrac edir. Almaniyanın qaza olan tələbatının 24% Rusiya ixrac edir.
AB ölkələri il ərzində Rusiyadan 28-30% neft idxal edir.
Gördüyünüz kimi təkcə Rusiya qazı, nefti, dəmiri bəs edir ki, Rusiya AB ölkələrinə öz siyasi maraqlarını qəbul etdirə bilsin. Müasir dünyada Dövlətlər arasında müharibələr hərb meydanında deyil Elim və İqtisadiyyat cəbhələrində aparılır. Dövlətin gücü İqtisadi və Elmi potensialı ilə ölçülür. Elmi, iqtisiyyatı güclü olan dövlət hərb sahəsində də yeni hərbi texnologiyalar hesabına lider olur. Bütün bunlar isə Dövlətlərin sivil dünyanın İqtisadi, Siyasi, Regional maraqlarını tam reallaşdırmağı üçün ən əsas şərtlər olmaqla müasir İNSAN KAPİTALI yaratmadan effekt verə bilməz. Dövlətlərin gücü əhalisinin, ən əvvəl isə elit təbəqəsinin elmi-intiluktial səviyyəsinin yüksəkliyi ilə ölçülür. Müasir dünyada kiçik əraziyə və kiçik əhali sayına malik İsrayil dövlətinin Dünya siyasi müstəvisində söz sahibi olması bu ölkənin İNSAN KAPİTALI yetişdirilməsinə son 50 ildə yatırdığı maliyə resurslarının nəticəsidir.
İNSAN adi adamların elim və mədəniyyətin Səlist Məntiqi Düşüncə əsasında vəhdətini qura bilənləridir. İNSAN KAPİTALI isə Dövlətin öz əhalisinin heç olmasa 30-50% adi adam səviyyəsindən məhz İNSAN səviyyəsinə yüksəlməsini təmin etməklə Dövlətin əsas idarə strukturlarına rəhbərlik edən kadrların hazırlanmasını təmin etməsidir. Azərbaycan Dövlətinin gələcəyi məhz İsrayil dövlət quruculuğu kansepsiyasına sökənməklə qurulmalıdır. Yalnız insan kapitalı yetişdirməklə Azərbaycan nəyinki Qafqazın bütün dünyanın lider ölkələri sırasına yüksələ bilər. Azərbaycanın təbii sərvətləri insan kapitalı yetişdirməyə yönəldilsə məhz yetişdiriləcək həmin insanlar Azərbaycanda bu gün mövcud olan korrupsiya və digər ədalətsizliklərə birdəfəlik nöqtə qoya bilər...
Qayıdaq mövzumuza ;
Yuxarıda qeyd edilənləri ümumiləşdirsək belə nəticəyə gəlirik ki, Rusiya Ukrayna müharibəsi gec-tez Rusiyanın qələbəsi ilə nəticələnəcək. Bu qələbənin bütün siyasi və iqtisadi bünövrəsi var.
Bunu nəzərə alaraq Azərbaycan Ukraynaya humanitar köməklik etsədə hər zaman Rusları açıq aşkar qıcıqlandıran siyasi və hərbi dəstəkdən uzaq olmalıdır.
Azərbaycanın Dağlıq Qarabağ boyda böyük və bu problemin Rusiyanın tutacağı mövqedən asılı problem olmasın unutmamalıyıq. Erməni siyasətçiləri və dövlət xadimləri artıq antiazərbaycan təbliğatları ilə Rusların yanında olduqlarını bildirməklə müharibədən sonrakı dövr üçün Azərbaycana qarşı Rusiyanı qoymaq planlar cızırlar. Ə. Elçibəyin 90-cı illərdə Rusiya qarşı tutduğu səf mövqeni və bu səfin nəticələrini unutmamalıyıq. Qarabağ münaqişəsinin birdəfəlik həlli üçün Azərbaycanın NEYTİRAL BALANSLI xarici siyasətini davam etdirməli, İsrayil Dövləti və Dünya Yahudi Lobbisi ilə əlaqələri dahada möhkəmləndirməliyik. Rusiya, Türkiyə və İran dövlətlərini isə Ermənistan dövləti və Dünya Erməni lobbisinin fəallaşmasının qarşısını almaq üçün Mehriban Qonşular siyasi sərhədlər çərçivəsində, öz milli maraqları naminə tarazılaşdırma siyasətindən istifadə edilməlidir.
İqtidarın Balanslı xarici siyasəti tam məqbul sayılsada daxili siyasəti antimilli olduğundan hər zaman xalqın qəzəbinə gələ biləcəklərini aradan qaldırmaq üçün, neftin, qazın bu günkü məqbul qiymətindən təcili sosial obyektlər, fabrik-zavodlar tikməklə əhalinin məşqulluq problemi həll edilməlidir. Səmimiyyətimə inanın Azərbaycan xalqına elədə çox şey lazım deyil...Xalqın arzuladığı nədiki İşi olsun, ev-eşiyi olsun. Azərbaycan Xalqının 90% bir tikə çörəyə qane olan adamlardır. Bu sadə daxili tarazlıq kampanetlərindən xalqı məhrum etmək olmaz, əks halda Azərbaycan Xalqının qəzəbi Rumıniya prezidenti olmuş Çauşeskinin talehinin bu hakimiyyətə yaşatdırma qabiliyyətindədir. Ən yüksək səviyyəli xarici siyasət aparılsa belə antimilli daxili siyasət 180 dərəcə xalqın xeyrinə dəyişdirilmədən xalqın qəzəbinin qarşısın ala bilməyəcək! ""
/İbrahim Həsənov/-*(İBO) *-


14:58 14.06.2022
Xəbər lenti
Bütün xəbərlər