KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Vəkillər Kollegiyasının CCBE-yə üzv seçilməsi çox əhəmiyyətli hadisədir.

"Mayın 13-də İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclasının yekunları ölkəmizin hüquq ictimaiyyəti üçün xoş müjdə ilə  yadda qaldı.

Belə ki, 4 il ərzində davam edən əməkdaşlığın nəticəsi olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Avropa Şurası və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarının və 1 milyondan çox vəkilin birləşdiyi nüfuzlu təşkilat olan CCBE-yə üzv qəbul olunub". 

 

Təşkilatın əsas məqsədinin vəkilpeşəsini tənzimləyən normativ qaydaların qəbuluv asitəsilə qanununaliliyi, insan haqları və demokratik dəyərlərin müdafiəsi olduğunu nəzərə alsaq, bu hadisə artıq Avropa səviyyəsində müstəqil peşə birliyi kimi rəsmən tanınan Vəkillər Kollegiyasının beynəlxalq miqyasda əldə etdiyi çox böyük nailiyyətdir:Sözsüz ki,Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına üzvlük vəkillərimizin digərAvropa ölkələri ilə birgə layihələrin təşkili sayəsində müasir təcrübədən bəhrələnmək, peşə hazırlığının artırılması, onların fəaliyyətinin Avropa standartlarına uyğunlaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir: Böyük siyasi əhəmiyyət kəsb edən bu nailiyyət həm də Azərbaycan vəkilləri üçün artıq beynəlxalq tribuna vasitəsilə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini digər beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırmaq imkanı yaradır. 

İkili standartların hələ də mövcud olduğu bir şəraitdə Azərbaycan Vəkillər Kollegiyasının Avropanın nüfuzlu CCBE təşkilatına böyük səs çoxluğu ilə üzv seçilməsi həm də ölkəmizin bugünkü reallıqlarının etirafı və son illər demokratiyanın, insan hüquqlarının daha vüsətlə inkişaf etdiyi Azərbaycanın hüquq institutlarının fəaliyyətinə verilən yüksək qiymətdir".Eyni zamanda Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına üzvlüyüAzərbaycanın nüfuzunun artması,vətəndaşlarınhüquqlarının daha etibarlı qorunması baxımından çox qənaətbəxş haldır.Təbii ki,Vəkillər Kollegiyasının bu beynəlxalq qurumda təmsil olunması digər avropalı həmkərları ilə onların arasında körpü yaradacaq,təcrübə mübadiləsinə imkan verəcək.Hesab edirik ki, bu, son dörd ilin ən böyük uğurlarından biridir.

Bu uğur ölkəmizin imicinə də müsbət təsir göstərir. İllər ərzində həmin təşkilatla gərginlik yaşanıb və tənqidi fikirlər səsləndirilib. Amma dövlətimizin uğurlu xarici siyasəti nəticəsində bizə qarşı münasibətlər artıq dəyişir, beynəlxalq sahədə aktiv fəaliyyət, bu kimi uğurlar və üzvlüklərlə əsassız fikirlərə qarşı mövqe sərgiləmək və ölkəmizin maraqlarını dəstəkləmək imkanı daha çox yaranmış olur.Avropa Şurasına və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini və bir milyondan çox vəkili özündə birləşdirən CCBE təşkilatı Avropada ən böyük və nüfuzlu təşkilatlardan sayılır və Avropa hüquq peşəsinin səsi kimi tanınır.

Bununla da Avropada təcrübə keçmək imkanlarının mümkünlüyü, eləcə də vəkillərin peşə hazırlığı artırılmaqla, onların fəaliyyətinin Avropa standartlarına uyğun həyata keçiriləcək.Hesab edirəm ki, Azərbaycan Vəkillər Kollegiyasının CCBE-yə üzv seçilməsi çox əhəmiyyətli hadisədir və bu  cənab sədr Anar Baglrovun bilavasitə səyi, məqsədli fəaliyyəti nəticəsində Vəkillər Kollegiyasının nail olduğu ən böyük uğurlarından biridir.

Azərbaycan Vəkillər kollegiyasının rəyasət heyətinin üzvü, Bakı şəhər 11 saylı vəkil bürosunun müdiri Azər Quliyev


02:56 28.05.2022
Xəbər lenti
Bütün xəbərlər