KANAL24.AZ
Az Iw En Ru

Rusiya XİN: "Azərbaycan və Ermənistanın Qərbin anti-Rusiya kampaniyasında balanslı mövqeyi var"

"Azərbaycanlı və erməni tərəfdaşlarımızın Ukrayna ətrafındakı vəziyyət üzrə Qərbin apardığı anti-Rusiya kampaniyası ilə bağlı balanslı mövqeyini qeyd edirik".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələr üzrə 4-cü İdarənin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində bildirib.

“Həm Bakının, həm də İrəvanının xarici siyasət kursunu qurarkən ilk növbədə öz milli maraqlarını rəhbər tutduqlarını da qiymətləndiririk. Bu istiqamətdə Azərbaycan və Ermənistan rəhbərliyini üzləşdikləri təzyiqləri başa düşürük”, - Denis Qonçar vuruğulayıb.

O daha sonra bildirib ki,“Rusiya ilə Azərbaycan arasında münasibətlərin səviyyəsinin yüksəlməsi qanunauyğundur və tərəflər ticari-iqtisadi, siyasi əlaqələri artırmaq niyyətindədirlər: "Fevralın 22-də Prezidenti İlham Əliyevin Moskvaya səfəri zamanı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması ikitərəfıi münasibətləri yeni səviyyəyə çıxarıb. Biz bunu çoxşaxəli əlaqələrimizdə mühüm mərhələ hesab edirik və qeyd olunan Bəyannamənin bütün müddəalarını qətiyyətlə həyata keçirmək əzmindəyik. Rusiya-Azərbaycan əməkdaşlığının məntiqi və intensivliyi bizi ikitərəfli münasibətlərin səviyyəsinin təbii yüksəlişinə gətirib çıxarıb. Müttəfiqlərin əməkdaşlığı haqqında Bəyannamənin diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə imzalanması çox simvolikdir”. (Report)

 

 


18:16 25.04.2022
Xəbər lenti
Bütün xəbərlər