KANAL24.AZ
Az Iw En Ru

Yanvar ayının pensiyaları vaxtından əvvəl veriləcək

2016-cı ilin yanvar ayının pensiyaları vaxtından əvvəl veriləcək. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, fond yanvar ayının pensiyalarının maliyyələşdirilməsini başa çatdırıb: "Ötən ilin yekunları üzrə fondda təqribən 107 milyon manat məbləğində sərbəst vəsaitin yarandığını nəzərə alaraq sosial sığortadan ayrılmalar üzrə daxilolmaları gözləmədən pensiyaların verilməsinə başladıq".

E.Mehdiyev əlavə edib ki, fevralın 1-nə əmək pensiyasının baza hissəsi avtomatlaşdırılmış sistemə qoşulacaq və pensiyaçılar artıq gələn aydan (2016-cı ilin martından) pensiayalarını 10 faizlik əlavə ilə alacaqlar: "Əmək pensiyasının baza hissəsinin artırılması DSMF-nin qeydiyyatında olan bütün pensiyaçılara şamil ediləcək. Dövlət qulluqçusu işləyən və bu kateqoriyaya bərabər tutulan pensiyaçılar istisna təşkil edəcək, çünki onların pensiyalarının artırılması bilavəsitə əməkhaqları ilə bağlıdır".


20:03 18.01.2016
Xəbər lenti
Bütün xəbərlər