KANAL24.AZ
Az Iw En Ru

Bayramov Rəşid Meredovla danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkmənistanlı həmkarı Rəşid Meredovla telefon əlaqəsi saxlayıb.

KANAL24 xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən ali siyasi səviyyədə əldə olunmuş razılaşmaların reallaşdırılması məsələlərini müzakirə ediblər.

XİN başçıları regional və beynəlxalq formatda məhsuldar əməkdaşlığı qeyd ediblər. Bu kontekstdə nazirlər Azərbaycan, Türkmənistan və Türkiyə dövlət başçıları səviyyəsində bu il planlaşdırılan görüşün əhəmiyyətini vurğulayıblar.


23:16 04.07.2021
Xəbər lenti
Bütün xəbərlər