KANAL24.AZ
Az Iw En Ru

Gürcüstan peyvənd olunanlar üçün test tələb etmir - Yenilənib

Gürcüstana giriş qaydaları sərtləşdirilib.
“KANAL24” xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan”a ölkə hökumətindən bildirilib.
Məlumata görə, iyulun 5-dən ölkəyə hava yolu ilə səfər etmək istəyən əcnəbilər təkcə COVID pasportu deyil, həm də 72 saatdan gec olmayaraq edilən PCR testinin mənfi nəticəsi barədə arayış təqdim etməli olacaqlar.
Yeni qaydalar bütün ölkələrin vətəndaşlarına şamil ediləcək.
Qaydaların sərtləşdirilməsinə səbəb Kutaisi beynəlxalq aeroportunda Gürcüstana daxil olan turistlərdə saxta PCR test nəticələri və COVID pasportlarının aşkarlanması olub.
Hazırkı qaydalarla isə (iyulun 5-dək) Gürcüstana səfər etmək üçün COVID pasportu kifayət edir.
Onu da qeyd edək ki, qonşu ölkə quru yolla girişi açsa da, Azərbaycandan çıxış bağlıdır.
Daha sonra Gürcüstan hökuməti açıqlama yayaraq, ölkəyə giriş üçün peyvənd olunanlardan PCR testinin tələb olunmadığını bildirib. Bildirilib ki, xarici vətəndaşlar peyvənd olunubsa, Gürcüstana sadəcə, COVİD-19 pasportu ilə də daxil ola bilərlər.

17:49 04.07.2021
Xəbər lenti
Bütün xəbərlər