KANAL24.AZ
Az Iw En Ru

Britaniya ştammının yoluxduruculuq qabiliyyəti yüksəkdir - TƏBİB

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1,  B.1.1.7 (Britaniya variantı) aşkar edilib.  

 

Qeyd edək ki, ölkəmizdə koronavirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.


18:55 18.03.2021
Xəbər lenti
Bütün xəbərlər