KANAL24.AZ
Az Iw En Ru

XXI BÖLÜM: "SƏFƏVİLƏRİN SAFLIĞI VƏ İSMAYILIN ŞAHLIĞI"

 

Dillər söyləyəndə "SƏFƏVİ" sözün,
Anlayar ariflər paklığın özün;
Çünki təməlində "saf" kəlməsidir -
Semantik mənaya yüksəlməsidir.

Bu ləfzin tarixi keçmişi vardır,
Mahiyyəti - bir ruhani rəftardır;
Saf edib əxlaqı, görməkçün təmiz,
Mənfiləri islah eyləmişik biz.

Barışmaz olmuşuq günaha qarşı,
Həm nəfsə, həm artıq tamaha qarşı.
Kimlər qoşulubsa bu cərəyana,
Hörmətlə: "SƏFƏVİ" deyilib ona.

ALOVa sitayiş edəndən bəri
"SƏFƏVİ" sayılıb hər bir AZƏRİ.
Sonra məmləkətə gəlsə də islam,
Qədim ənənələr yox olmamış tam.

Əsl AZƏRİydi ŞEYX HEYDƏR də,
Başda əyləşərdi xeyirdə, şərdə...
Alim sanardılar bu SƏFƏVİni,
Çünki çox dərindən bilərdi dini.

Övrəti olsa da xaçpərəst qızı,
Kimsə qalmaz idi ondan narazı.
Dərin düşüncəli, aqil DƏSPİNƏ,
ODLAR DİYARInda qurmuşdu binə.

Gəldi 1487 - ci il:
Hə, 17 iyul, isti bir fəsil...
HEYDƏR ata oldu, DƏSPİNƏ ana,
"İSMAYIL" söylədi onlar oğluna.

Əlbəttə, şad xəbər sayılsa da bu,
Xeyli məyus etdi Sultan Yaqubu.
Bəli, həmin Ağqoyunlu hökmdar
Oldu SƏFƏVİçün zəhərli bir "mar".

Onu körpəikən "çalmaq" istədi,
Mövqeyin əlindən almaq istədi.
Eh, 1488 - ci il:
ŞEYX HEYDƏRi məyus etdi Əzrail!

Qıydı onun şirin ata canına,
Göndərdi məzara - son məkanına...
Sultan Yaqub əldə edib fürsəti,
İSMAYILa imkan qoymadı qəti.

Anasıyla bahəm məhbəsə atdı,
Qardaşlarını da onlara qatdı:
İBRAHİM, İSMAYIL və SULTANƏLİ -
Qaranlıq zindana salındı, bəli!

Alçaltdılar SƏFƏVİnin nəslini,
Təhqir edib əcdadını, əslini!
Çatdı 1492 - ci il:
Sultan Yaqubu da aldı son mənzil...

Rüstəm Mirzəsə başqa addım atdı -
Məhbusları azadlığa çıxartdı.
SULTANƏLİ dəyər verib mirasa,
İSMAYILı elan etdi vərəsə.

Onu dərhal Ərdəbilə yolladı,
Qarşıdakı təhlükəni anladı.
Ərdəbildə, Rəştdə gizləndi varis,
Günləri orada heç keçmədi pis.

Sonra qucaq açdı gözəl Lahican,
İSMAYIL burda da hifz eylədi can.
Ona arxa durdu Gilan hakimi,
Qoruyub, saxladı öz oğlu kimi.

MİRZƏ ƏLİ idi o şəxsin ismi,
Zadəgan köklüydü mənsubu, qismi...
Tayfası - QIZILBAŞ, özü bəşəri,
Xeyir arzulardı, sevməzdi şəri.

Qaldıqca İSMAYIL böyük sarayda,
Həm də xocalardan götürdü fayda;
Onlar təlim edib, dərs keçdi ona,
Nəhayət, bu müddət yetişdi sona.

Hə, 1499 - cu il:
Gəldi avqust ayı, çox isti fəsil.
Təbiətdə yay zamanı başladı,
İSMAYIL da bu məqamı xoşladı.

Bir neçə QIZILBAŞ müşavir ilə
Yollandı hərb üçün o, Ərdəbilə.
İstədi yaxşıca qoşun toplaya,
Hərbi yürüşləri sala bu yaya.

Ərdəbil hakimi əmr etdi lakin:
"Geriyə! Olmayın siz burda sakin!"
İSMAYIL bu dəmdə düşsə də dara,
Ona qucaq açdı gözəl Astara.

Qışı heyət ilə keçirdi burda,
Ərçivan kəndindən meyl etdi yurda.
Çatdı 1500 - cü ilin yazı,
Həmrahlar yürüşə oldular razı.

Cəm oldu bir yerə 2000 insan,
Çoxu şamlı, rumlu, talış soyundan.
Ərçivandan Ərzincana gəldilər,
Yeddi minlik qoşuna yüksəldilər.

Silahlanıb, üz tutdular Şirvana,
Üzü qara torpaq boyandı qana!
Savaşa başlarkən onlara sarı,
Məğlub elədilər Fərrux Yəssarı.

Yetişdikdə 1501 - ci il,
Qoşunlar Bakıda vurdular təbil.
Təslim elədilər həmin şəhəri,
Açıldı vətənin yeni səhəri!

QIZILBAŞLAR Naxçıvana yol aldı,
Şərur düzündəsə düşərgə saldı.
Hökmdar Ağqoyunlu Əlvənd Mirzə
Qoşunu təqib etdi, düşdü izə.

Sərt döyüş başladı çatanda məqam,
Ancaq Əlvənd Mirzə məğlub oldu tam.
İSMAYIL üz tutdu Təbrizə doğru,
Paytaxt qəbul etdi gerçəyi doğru.

Salamladı ölkə yeni şahını,
Dəstəklədi təriqini, rahını.
İSMAYIL SƏFƏVİ oturdu taxtda -
Vətənə münasib, lazımlı vaxtda!

Həm İran, Xorasan, İraqi - Ərəb,
Şimal ilə cənub və şərq ilə qərb -
BÖYÜK AZƏRBAYCAN məkanı oldu!
Ulu millətimin dövranı oldu!

Açdı qol - qanadın AZƏRİ dilim,
Artdı mədəniyyət, yüksəldi elm.
Təxəllus götürüb "XƏTAİ" sözün,
Şairtək tanıtdı İSMAYIL özün.

Ona silah oldu qılınc və qələm,
Qaldı keçmişində: kədər, dərd, ələm...
Olduqca müzəffər, uğurlu idi,
Fəqət düşməndən də xali deyildi...

Osmanlı sultanı Birinci Səlim
Kobud davranaraq, olmadı həlim.
O, ŞAH İSMAYILa meydan oxudu,
Hər sözü, əməli həsəd qoxudu.

Yetişdi 1514 - cü il:
Çaldıran düzündə vuruldu təbil!
AZƏRİ, osmanlı gəldi üz - üzə,
Baş başa qalandı, qan çıxdı dizə!

Ancaq ŞAH İSMAYIL nəhsə tuş gəldi,
Məğlub sərkərdətək yola düzəldi...
Siyasi vassalı Şəkiyə çatdı,
Bir müddət qalaraq, geri qayıtdı.

Səfər eyləyərkən növbəti dəfə,
Əzrail onu da aldı hədəfə.
Hə, 1524 - cü il:
Öldü şah, tikildi ona son mənzil!

Uyuyur, Ərdəbil torpağındadır,
Qəlbisə min şeir yarpağındadır...
Oxunur, sevilir XƏTAİ kimi,
Həm yurdun, həm də ki sözün hakimi..

05 NOYABIR 2013-cü il.
Sərraf Əfəndiyev.


05:08 03.02.2021
Xəbər lenti
Bütün xəbərlər