KANAL24.AZ
Az Iw En Ru

XX BÖLÜM: "UZUN HƏSƏNİN NƏHƏNG ADDIMLARI VƏ GÖDƏK ÖMRÜ"

Azərbaycan (Azəri) Millətinin və Azərbaycan Xalqının DAHI ƏDİBi Sərraf AZƏRİBƏYin "" AZƏRİLƏR"" poemasından növbəti XX BÖLMÜnü : "Uzun Həsənin nəhəng addımları və gödək ömrü" Bölmünü Sizlər üçün paylaşıram. Buyurun tanış olun

 

1468 - ci il:
Yenə vuruş üçün çalındı təbil!
Cəm oldu cəsurlar, toplandı Ordu,
Cəngə meydan oldu AZƏRİ YURDU.

Püskürdü vulkantək qəzəb ilə kin,
Qızışdı ehtiras, pozuldu təmkin.
Əlində oyuncaq, alət idi din -
Teymuri hökmdar Əbu Səidin.

O, UZUN HƏSƏNi "kafir" sanırdı,
Qurduğu dövlətə çox qısqanırdı.
Axı meydanını eyləmişdi dar -
Qoçaq, qurd ürəkli AĞQOYUNLULAR!

Danışaraq YARADANın adından,
Əmir Əbu Səid qan tökürdü, qan!
Gözündə heçnəydi nəmək, ilə nan,
Hətta öz dostuna qıyardı asan...

O, namərd hücuma keçsə də fəqət,
Eyləyə bilmədi məsafəni qət;
Çünki UZUN HƏSƏN oturtdu geri,
İt kimi gəbərdi özü, əsgəri!

Tərk etdi təhlükə Təbrizin başın:
Uddu UZUN HƏSƏN Vətən savaşın!
Ağ qoçun şəklini vurdu bayrağa,
Oldu ölkəsinə, yurduna ağa.

Qoydu imzasını "QANUNNAMƏ"yə,
Ədalət həmişə var olsun deyə.
Sahəsin, sərhədin nişanladı bərk -
Ta ki Xorasandan Qaramanadək.

Qapanıb özünə, olmadı nadan,
Silahdar çağırdı o, Avropadan.
Toptökən ustalar başladı işə,
Osmanlı sultanı düşdü təşvişə.

Trabzon hakimi IV İoan -
UZUN HƏSƏN ilə dost idi yaman.
Qızı DƏSPİNƏylə ailə qurdu,
Dostluğa qohumluq möhürü vurdu.

ALƏMŞAH BƏYİMi doğdu DƏSPİNƏ,
Önəm verilmədi məzhəbə, dinə.
Fəqət yetkinləşib, gedərkən ərə,
Oldu can yoldaşı - Şeyx Heydərə.

Dühası nurluydu UZUN HƏSƏNin,
Açardı qabağın dumanın, çənin...
Zəkası sabaha salardı işıq,
Verərdi yurduma hüsn, yaraşıq...

Anladıqca ticarətin rolunu,
Münasib bilirdi dəniz yolunu.
Aralıq dənizi, gah Qara dəniz,
Onun xəyalında buraxırdı iz...

Lakin osmanlılar "paz" idi ora,
Mane olurdular, əl qoysa hara.
Çözmək üçün UZUN HƏSƏN bu işi -
İmzaladı: "Venesiya sazişi".

Macarıstan, Neapol krallığı
Yaxşı dərk edirdi bu reallığı...
Rodos, Kipr, Burqundiya, Qaraman
HƏSƏN ilə həmrəy idi o zaman.

Fəqət UZUN HƏSƏN hərbdə qaldı tək,
Getdi müttəfiqsiz ta Bursayadək...
Ancaq məğlub oldu, döndü zəfərsiz,
Düşmən önündəsə heç çökmədi diz!

Hə, 1478 - ci il...
O, yenə dövləti edirdi təmsil.
Urfa, Amid, bir də Şərqi Gürcüstan -
Davadan, qırğından qan gölüydü, qan!

Vuruşurdu gürcü, Misir qoşunu,
Bütün salnamələr söyləyir bunu.
Sözsüz, UZUN HƏSƏN çatdı niyyətə:
Uğratdı onları məğlubiyyətə.

Ancaq çox çəkmədi həmin zəfəri,
Söndü, qürub etdi nurlu səhəri...
Kəsildi nəfəsi, qapandı gözü,
Bir daha ömrünün yanmadı közü...

Boyu sağ olanda çox idi uzun,
Ömrü gödək oldu, sürmədi füzun.
Yaşadı o, cəmi düz 55 il...
Qalanın bəxtindən sildi Əzrail!

Amma ki tarixdə iz qoydu dərin,
Oldu bir sütunu SƏFƏVİLƏRin.
Uca zirvə idi, başının qarı -
Üşütdü daima osmanlıları..

23.10.2013.
Sərraf Azəribəy (Əfəndiyev)


20:12 25.01.2021
Xəbər lenti
Bütün xəbərlər