KANAL24.AZ
Az Iw En Ru

Bakıda restorandakı yanğınla bağlı FHN-in məlumatı - Yenilənib+Video

Bakının Nərimanov rayonu, Keşlə bazarının yaxınlığında "50 qəpik" restoranında yanğın hadisəsi baş verib.

TV24 xəbər verir ki, bu barədə REAL TV məlumat yayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın davam edir.

***

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda deyilir:

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir".

***

Restoranda baş vermiş yanğın söndürülüb. Onun baş verməsi səbəbləri araşdırılır. 

 

 

 

 

 

22:29 02.01.2021
Xəbər lenti
Bütün xəbərlər