KANAL24.AZ
Az Iw En Ru

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm və nüfuzlu beynəlxalq platformadır

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə təşkili Şərq və Qərb
mədəniyyətini özündə ehtiva edən mədəniyyətimizin beynəlxalq səviyyədə təbliğ olunması,
ölkəmizin nüfuzunun, imicinin yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin
artırılmasına, eləcə də Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq
məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasına, həmçinin respublikamızın dünya
mədəniyyətinə inteqrasiyasına xidmət edir.
Dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol
oynamaqdadır. Bu, ilk növbədə, ölkəmizin geosiyasi əhəmiyyəti ilə bağlı olan məsələdir.
Azərbaycan Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşir. Başqa sözlə
desək, real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan, eyni zamanda, həm
Avropa Şurasına, həm də İSESKO-ya üzv olan yeganə dövlətdir. Azərbaycanın həm islam
dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri vardır.
Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir. Ölkəmizdə
çoxsaylı tədbirlər təşkil olunur. Bu tədbirlər dinlərarası dialoqla bağlıdır. Çünki dini
nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdə sülh,
tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlərBütün bunlarla yanaşı,
Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən
mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir.
Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi
mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb.
Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən
mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri
qoruyub.
Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə
kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl
vətənpərvər insanlarıdır.
Bu səbəbdən müxtəlif mədəniyyətlərin və qitələrin qovuşuğunda yerləşən
Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi "Bakı Prosesi"
çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların
hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir.
Sübhan Xəlilov,
Sabirabad RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi


08:43 06.05.2024
Xəbər lenti
Bütün xəbərlər